Ədliyyə Nazirliyində daha bir dəyişiklik - Nazir rəis və müavin postlarına təyinat imzaladı (FOTO)

img

19-02-2025 [15:53]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.

Mia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.

Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.

Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA