İsrail ordusu İordan çayının qərb sahilində 16 evi dağıdıb

img

18-02-2025 [13:55]


Qəzzada atəşkəs razılaşmasınan sonra gücünü İordan çayının qərb sahilinə yönəldən İsrail ordusu burada fələstinlkilərin təkcə həbsini həyata keçirmir, mülklərini də dağıtmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu yanvarın 21-dən bəri işğal altındakı İordan çayının qərb sahilinin şimal hissəsindəki hücumları davam etdirir.

Məlumata görə, hərbçilər bu gün Tulkerim Qaçqınlar Düşərgəsində fələstinlilərə məxsus daha 16 evi söküb, dağıdıblar.

Xəbərdə o da deyilir ki, artıq Tülkərim Qaçqınlar Düşərgəsinin bir çox məhəllələrində tez-tez atışma səsləri də gəlir.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA