HƏMAS 5 israilli girovun cəsədini geri verməyə razılaşdı - Bu tarixdə

img

18-02-2025 [00:28]


HƏMAS Qəzzada 5 israilli girovun cəsədini İsrailə təhvil verməyə razılşaıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat açıqlayıb.

Bildirilib ki, vasitəçilik edən ölkələrin səyləri ilə HƏMAS cəsədləri İsrailə təhvil verməyi qəbul edib: "İsrail ordusu cəsədləri fevralın 20-də qəbul etmək üçün hazırlıqlara başlayıb. HƏMAS səhər saatlarında onların adlarını bildirəcək. Bundan sonra cəsədlər test edilərək qəbul olunacaq".

KAN bəyan edib ki, fevralın 22-də keçiriləcək Həmas ilə İsrail arasında məhbus mübadiləsinin yeddinci raundunda daha üç israilli girov azad ediləcək.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA