Vahid Ələkbərov jurnalistin mənzilini əlindən alır, iş 6-cə dəfə ekspertizaya göndərildi - ""Yelo bank"..." (YENİLƏNİB)
19-02-2025 [17:26]
"Evimi əlimdən almaq istəyən "Yelo bank"a qarşı şikayətimizi məhkəmə yenə təmin etmədi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Sabit Bəhramzadə bu gün bankın vəsatəti əsasında işi yenə təkrar ekspertizaya göndərdi".
Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında jurnalist, Müsavat partiyasının tanınmış fəalı Mustafa Hacıbəyli yazıb.
O əlavə edib ki, Auditorlar Palatasının 55 səhifəlik ekspertiza rəyi var idi: "Məhkəmə o rəyi əsas götürərək bizim xeyrimizə qərar verməliydi. İş artıq 6-cı dəfədir ekspertizaya qaytarılır. Nə qədər olar? Bankı qane edən ekspertiza rəyi verilənə qədər bu iş davam edəcək?".
Xatırladaq ki, M.Hacıbəyli 2 gün əvvəl üzləşdiyi problemlə bağlı ətraflı çıxş edib. Mia.az fevralın 17-də onun başına açılan problemlə bağlı yazıb:
***
""Yelo Bank" evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir. Vaxtıyla "Nikoyl Bank" kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib".
Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında jurnalist, Müsavat partiyasının tanınmış fəalı Mustafa Hacıbəyli yazıb.
Onun sözlərinə görə, Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib:

MUSTAFA HACIBƏYLİ
"2005-ci ildən 2017-ci ilə qədər "Nikoil Bank"ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib.
2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. "Nikoyl Bank"ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim.
Dostum bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla ümumilikdə 58 355 manat qaytarıb. Ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıqdır. Amma bank bir saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir.
İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır (sənəd şərh bölümündə) Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank "40 min dollar" deyir. Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib".
Jurnalist bildirib ki, "Yelo bank" bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib: "Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank "dirəniş" göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.
Müştərilərinin qanına susamış bankın "dirənişi" o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apelyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı.
Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə bizim apelyasiya şikayətimizə baxılacaq.
Apelyasiya məhkəməsi mərhələsində yenə "Yelo Bankın" vəsatəti əsasında iş Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilib.
Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi, kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib. Əslində bundan sonra məhkəmənin bankın xeyrinə qərar çıxararması mümkünsüz görünür. Amma yenə də çox narahatam çünki bankın "dirənişi" çox güclüdür.
Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər. Ona görə hər kəsdən bu məsələdə ictimai dəstək istəyirəm".
Məsləyə bankın da münasibətini əlavə etməyə hazırıq.
P.S. Onu da qeyd edək ki, bu bankla bağlı zaman-zaman mətbuatda sensasiyalı xəbərlər yayılıb.
Onlardan biri və bank haqqında maraq doğuran yazılardan birinin linkini təqdim edirik:
Samir Musayev
MİA.AZ
Mehriban Xanlarova: "Narkoloji və psixoliji dispanserlərə ona görə getmişdim ki..."
Türkiyədə məşhur müğənnilər saxlanılıb - Aleyna Tilki, Danla Bilic, İrem Sak, Şeyma Subaşı...
Ağdamda mülki şəxs minaya düşüb
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı