Daha bir QHT rəhbəri saxlanıldı, məhkəmə həbs qərarı verdi

img

02-08-2014 [18:28]


İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, R. Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
 
R. Cəfərov Nəsimi Rayon Məhkəməsinə gətirilib.
 
Məhkəmə R. Cəfərov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA