Məşhur futbolçu Ələkbər Məmmədovun meyiti 3 gün sahibsiz qalıb

img

01-08-2014 [19:39]


Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədovun meyiti yaşadığı evdə tapılıb.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən xəbərdə bildirilir ki, 39-cu Polis Bölməsinin yerləşdiyi binadakı mənzillərdən birində bir neçə gün əvvəl dünyasını dəyişmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə çıxıblar. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən edilib. İlkin ehtimala görə, mərhum üç gün əvvəl dünyasını dəyişib. Evdə heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.

Polisdən həmçinin bildirilib ki, Ə. Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. Ə. Məmmədov Bakının "Neftyanik", Moskvanın "Dinamo" komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Ə. Məmmədov həmçinin Bakının Neftyanik komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

O, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA