YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədlərinin seçicilərlə izdihamlı görüşü keçirilib - FOTOLAR
27-01-2025 [15:08]
Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixində növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Mia.az xəbər verir ki, təşviqat mərhələsi ərzində olduqca aktiv kampaniya aparan Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri təşviqat mərhələsi çərçivəsində seçicilərlə son görüşlərini keçiriblər.
Yeni Günəşli yaşayış sahəsində 44 günlük Vətən müharibəsinin unudulmaz şəhidi Kazımlı Mürsəl Kamil oğlunun əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında baş tutan görüşdə Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov, Jalə Qibləliyeva, Aytən Paşayeva, Aytən Novruzova, Arif Şahmuradov, Rəşad Rzayev, Mirvari Quliyeva, Uğur Əliyev, şəhid Mürsəl Kazımlının atası Kamil Kazımov, “Dövlətə Dəstək” Qazilər İctimai Birliyinin sədri Rəhman Muradov, tarix elmləri namizədi Vaqif Rüstəmov, fizika elmləri doktoru, Elmlər Akademiyasının baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Bəxtiyar Nəcəfov, ziyalılar, eləcə də “D” massivi 1,2,3 və 9 saylı, “V” yaşayış sahəsi 12, 15 və 19 saylı binaların sakinləri iştirak edib.
Tədbir qəhrəman şəhidimiz Mürsəl Kazımlının abidəsinin ziyarət olunması və tər güllərin düzülməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda şirin canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra görüş iştirakçılarını salamlayan Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov şəhidlərimizin qürur və əbədi inam yeri olduqlarını bildirib.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 200 illik tarixində mümkün olmayanı mümkün edib: “Biz 30 ilə yaxın müddətdə Qarabağ həsrəti ilə yaşadıq. Doğma torpaqlarımız düşmən tapdağı altında olsa da, bir an belə ola ümidimizi itirmədik. 44 günlük Vətən müharibəsi bizi bütün dünyada qalib ölkə kimi tanıtdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, xalqımızın o birliyi, həmrəyliyi, dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək orduya dəstəyi qələbəmizi təmin etdi. 44 gün ərzində Azərbaycan Ordusu düşmənin həm canlı qüvvəsini, həm də döyüş texnikalarını darmadağın etdi. Xalqımız hər zaman əmin idi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeganə problemimiz olan Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Səbirlə bu anı gözləyirdilər və həmin gün gəldi. Mürsəl kimi igid oğullarımız bu qələbəni bizə bəxş etdi. Mən bilirəm ki, Mürsəlin və bütün şəhid qardaş-bacılarımızın ruhu şaddır. Həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbəmiz göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı”.
İxdiyar Nəcəfov həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra revanşist meylə düşən Ermənistan rəhbərliyinin başına ikinci dəfə dəmir yumruq 2023-cü ilin sentyabr ayının 19-da başlanan və 23 saat davam edən antiterror əməliyyatı zamanı dəydi: “Qısa müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatı düşmənin belə desək onurğa sütununu qırdı. Uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.
Antiterror əməliyyatını zəruri edən ən əsas şərtlərdən biri də üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması istiqamətində Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırması idi. Silahlı birləşmələrin qalıqlarını Qarabağdan tam həcmdə çıxarmayan Ermənistan tərəfi qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi ilə bağlı tədbirlər də görmədi. Bu da azmış kimi, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyi dövlət səviyyəsində Qarabağ iqtisadi zonasında beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq mövcud Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təminat məsələlərini həll etmək məqsədilə gizli yollarla qanunsuz daşımalar həyata keçirməkdən əl çəkmirdi. Buna cavab olaraq əvvəlcə ekofəalların iştirakı ilə uzunmüddətli aksiya həyata keçirildi. Lakin bu dinc aksiyaya da düzgün reaksiya verilmədiyini görən dövlətimiz daha ciddi tədbirlərin görülməsi məcburiyyətində qaldı. Ermənilərin təxribatlarına cavab olaraq, qanunsuz hərbi daşımalar həyata keçirmə cəhdlərinin qarşısını almaq məqsədilə 2023-cü il aprelin 23-də Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Ordusu bölmələrinin birgə fəaliyyəti sayəsində Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsi quruldu. Nəticədə həmin istiqamətdən bütün hərəkət və daşımaların Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq həyata keçirilməsi təmin olundu. 23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də əldə olunan razılığa əsasən dayandırıldı. Bu uğurlu əməliyyat bizim həm döyüş, həm də siyasi meydanda növbəti qələbəmiz idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Başda şəhidimizin atası Kamil müəllim olmaqla görüşə gəldiyiniz üçün hər birinizə təşəkkür. Azərbaycanda hər zaman demokratik və şəffaf seçki mühiti olub. Hamınızı seçkilərdə fəal olmağa səsləyirəm. İstəyirəm ki, Kamil bəy də öz fikirlərini bölüşsün”.
Çıxış üçün söz alan şəhid Mürsəl Kazımlının atası Kamil Kazımov bildirib ki, yeganə oğul övladının qəhrəmanlığı bundan sonra neçə illər ötsə də dillərdə dastan olacaq: “44 günlük Vətən müharibəsi başlananda hər birimiz sevindik. Ona görə ki, dövlətimiz, xalqımız üçün həlledici məqam yetişmişdi. Biz müharibədə gördük ki, Cənab İlham Əliyev uzun illər ərzində necə güclü ordu sistemi yaradıb və vətənpərvər gənclər yetişdirib. Məhz İlham Əliyev cənablarının prezidentliyi dövründə yetişən gənclik Qarabağın azad edilməsində fəallıq göstərdilər. Biz şəhid ailələri Cənab Prezidentimizin, onun ömür-gün yoldaşı Mehriban xanım Əliyevanın bizlərə göstərdiyi qayğıdan xeyli razıyıq. Oğlumun ruhu şaddır, çünki bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. Hörmətli İxdiyar müəllim, əziz namizədlər mən sizin hər birinizə seçkilərdə uğurlar arzulayıram. Yeni Azərbaycan Partiyasının qələbələrinə öyrəşmişik. Yanvar ayının 29-da qələbəni birlikdə qeyd edərik. Diqqətiniz üçün sağolun”.
Növbəti çıxış üçün söz “Dövlətə Dəstək” Qazilər İctimai Birliyinin sədri Rəhman Muradova verilib. O bildirib ki, rəhbəri olduğu təşkilatın üzvləri, eləcə də bütün qazilər hər zaman dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Biz qazilər hər zaman dövlətimizin, Ali Baş Komandanımız İlham Əliyevin yanındayıq. Hər birinizi qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa səsləyirəm. Gəlin səsvermə günü seçkiyə gedək və doğma Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək. Diqqətiniz üçün təşəkkür edirəm”.
Daha sonra çıxış edən tarix elmləri namizədi Vaqif Rüstəmov və fizika elmləri doktoru, Elmlər Akademiyasının baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Bəxtiyar Nəcəfov son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi misilsiz uğurlara diqqət çəkərək bu uğurların memarının İlham Əliyev cənablarının olduğunu vurğulayıblar. Onların sözlərinə görə, bu gün Azərbaycan elə bir qüdrətli dövlətə çevrilib ki, hətta böyük super güclər belə onunla hesablaşmaq məcburiyyətindədir.
Görüşdə iştirak edən Yeni Günəşli “D” massivi 1, 2, 3 və 9 saylı, “V” yaşayış sahəsi 12, 15 və 19 saylı binaların sakinləri də öz təkliflərini dilə gətirərək Yeni Azərbaycan Partiyasının namizədlərinə seçkidə uğurlar arzu ediblər.
Sonda Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov, Jalə Qibləliyeva, Aytən Paşayeva, Aytən Novruzova, Arif Şahmuradov, Rəşad Rzayev, Mirvari Quliyeva və Uğur Əliyev görüşə gələn şəhid ailəsinin üzvlərinə, qazilərə, ziyalılara, sakinlərə minnətdarlıqlarını bildiriblər və onları seçkidə fəal olmağa çağırıblar.
Əməkdar artist vəzifədən azad olunub
Elxan Cəfərov müşavir təyin edilib
"Qalatasaray" daha bir futbolçunun "biletini kəsdi"
Bakıda özünü qəsdən maşının qarşısına atan şəxs saxlanılıb - FOTO
Sabah Nizami və Sabunçu rayonlarının bəzi küçələrində qaz olmayacaq
Növbəti üç gün güclü külək əsəcək - Xəbərdarlıq
Yuxuya qalan avtobus sürücüsü zəncirvari qəza törətdi - 12 nəfər ölüb, 30-dan çox yaralı var
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirilib - FOTOLAR
Qəzzada savaş: daha 18 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Pakistanda toqquşma: təhlükəsizlik əməkdaşları həlak olublar
PREZİDENT DAHA BİR TƏYİNATA İMZALADI - Sərəncam + FOTO
Polis deputatı belə çəmbərə alıb - FOTO
Müğənni Səbinə Abbasovanı öldürən ögey qardaşı haqda qərar verildi
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
Məktəb və bağçalara direktor təyinatı olub - Siyahı
Tələbələri şair Vaqif Bəhmənli ilə görüşüblər - FOTOLAR
Gürcüstana qatarla sərnişindaşınmanın bərpa olunacağı haqda xəbər yalan çıxdı: "Doğru deyil, elə bir şey yoxdur"
İranın şərqində zəlzələ baş verib - 5 bal gücündə
Qarabağ zonasında 6365.7 hektar ərazi minalardan təmizlənib
Rahid Ələkbərli "ofsayd"da qaldı - Ali Məclsi sədri nazir vəzifəsini yeni müavinə həvalə etdi
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə qatılacaq
Prezident İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı - Sərəncam
BMT-nin sülhməramlısı olan azərbaycanlı zabit təltif edilib
Jurnalist nazirlikdən getdi, "Həmkar"larda mətbuat katibi oldu
Pezeşkianın qızı və oğlu da Bakıya gəlibmiş - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Zaur Mikayılovun qudası vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb
Bakıda dələduzluq edən 65 yaşlı şəxs saxlanılıb
Sahib Məmmədovun kadr siyasəti - AHİK-in yeni sədri təyinatlarda kimlərə üstülük verir?
Qəyyumluq və himayəçiliklə bağlı qanun dəyişib
e-keyfiyyet.gov.az sistemi yaradılıb
Subsidiyalar, güzəştli kreditlər, lizinqlə alınan kənd təsərrüfatı vasitələri... - Nəzərat güclənəcək
FHN-in yubiley medalı təsis olunub - FOTO
Birinci siniflərinə şagird qəbulu başlayıb
Tramp: "Rusiya sürətlə irəliləyir, böyük və qüdrətli bir ölkədir, ancaq ABŞ qədər güclü deyil” - "Zelenskiyə Romada dedim ki..."