Tramp Davos Forumunda: "Biz neftin qiymətini düşürəcəyik və..."

img

23-01-2025 [20:57]


ABŞ-ın prezidenti Donald Tramp Davos Forumuna videobağlantı vasitəsiylə qoşulub.

Mia.az xəbər verir ki, forumda çıxış edən Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmalarını istəyəcək: "Bu, həm ABŞ-da inflyasiyanı azaltmağa və uçot dərəcəsini aşağı salmağa, həm də Rusiyanın Ukraynada müharibəni dayandırmasına kömək edəcək. Nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar. İndiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Biz neftin qiymətini düşürəcəyik və bundan sonra Rusiya dərhal Ukrayna ilə müharibəni dayandıracaq".

Tramp daha sonra Avropa ölkələrinə xəbərdarlıq edib: "Biz Avropa bazarına böyük miqdarda enerji çıxaracağıq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA