YAP Veteranlar Şurası toplandı: nələr müzakirəyə çıxarılıb? - FOTOLAR
23-01-2025 [16:41]
Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək, iclasda YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunlarının və 2025-ci il üçün Tədbirlər Planının müzakirə ediləcəyi barədə məlumat verib.
Ötən ilin ən mühüm hadisəsinin fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri olduğunu qeyd edən YAP Veteranlar Şurasının sədri, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün dünya bir daha ölkəmizdə Xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.
A.Rəhimzadə vurğulayıb ki, YAP Veteranlar Şurası 2024-cü ildə öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində müvafiq Tədbirlər Planına uyğun həyata keçirib: “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin geniş təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi və əlamətdar günlərin qeyd olunması istiqamətlərində mühüm tədbirlər keçirilib, gənclərlə silsilə görüşlər təşkil olunub. YAP Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər”.
YAP Veteranlar Şurasının sədri, eyni zamanda, 2025-ci ilin Tədbirlər Planı haqqında danışıb, il ərzində müxtəlif toplantıların, o cümlədən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu və ideoloji məsələlərin daim diqqət mərkəzində olacağını vurğulayıb.
İclasda, həmçinin YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şahlar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahid Xəlilov çıxış ediblər. YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib, 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb
“Azəriqaz”da yeni direktor təyinatı olub
Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
İran federallaşırsa, Türk dünyası nə qazanır, nə İtirir? - TƏHLİL
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb
İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib
Yol polisindən sürücülərə xəbərdarlıq - Hava şəraiti ilə bağlı
Azərbaycan nefti kəskin bahalaşdı - 72 dollara satılır
Magistraturaya sənəd qəbulu başlayıb - Detallar
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır