Zahid Oruc: ”İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və sair protest enerjisini toplamaq üçün...”
23-01-2025 [15:29]
Milli Məclisin İnsan Hüquqları komitəsinin yaz sessiyasına hazırlıq çərçivəsində keçirilən iclasında deputatlar son günlər baş verən qəza ilə bağlı fikirlərini bölüşüblər.
Mia.az-ın məlumatına görə, Komitə sədri Zahid Oruc deyilənlərə aydınlıq gətirərək vurğulayıb ki, 2024-cü il yanvarın 18-də İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi qəzadır, qəsd deyil:
"Nəticədə həlak olan məktəblilər hər birimizi dərindən kədərləndirdi, onların valideynləri qədər ağrıtdı.
Əməliyyat məlumatlarına söykənərək, daxildə təxribat və qarşıdırma yaradanlar nəzərə alaraq, Daxili Qoşunların bir neçə hərbi texnikası əraziyə daxil olub, lakin hər hansı müdaxilə hərəkətlərinə zərurət yaranmayıb. Yanvarın 21-də qəza nəticəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib. Qəbulda ailə üzvləri hadisənin təfərrüatları, maddi sübutlar, istintaqın gedişi ilə bağlı məlumatlandırılıb. Zərərçəkənlərin sualları cavablandırılıb.
Hadisənin dərhal “vətəndaş jurnalistikası” adlandırılan, əksər hallarda legitim media fəaliyyətindən uzaq, təhsil və sosial statusları aşağı qruplar tərəfindən yayılan xəbər kütləsinin yaratdığı dalğanın anındaca xarici bloggerlərə ötürülüməsi, sinxron olaraq, daxildəki 5-ci kalonun təşəbbüsü ələ keçirməsi, ardınca müxtəlif multimedia əməliyyatları, deep fake və qara təbliğat texnologiyası ilə siyasiləşdirilərək dövlət/ali rəhbərlik əleyhinə yönlədirilməsi, ictimai-siyasi sabitliyin pozulmasına cəhd, polis orqanlarına virtual itaətsizlik və şiddətin tətiklənməsi, güc strukturlarının ictimai nüfuzuna zərbə və demonizasiyası səyləri- qəti şəkildə pislənməlidir.
Hadisə ilə bağlı toplanan insanların qısa müddətdə polis maşını və azyaşlı məktəblilərin cəsədləri fonunda lidersiz, hiddət və qəzəblə hərəkət edən qüvvələrin dövlətçilik əleyhinə məcraya yönəldilməsinə cəhd edilib. Affekt vəziyyətdə aksiyaya təhrik edilən, əksəriyyəti gənclər olduğu görünən kütlənin polis idarəsinə doğru yürüşü qəzaya uğramış xidməti maşını-dövlət əmlakını yararsız hala salan nifrət və vandalizm kadrları, özəlliklə “istefa”, “Taleh Bağırzadəyə azadlıq” şüarının səsləndirilməsi, hadisə yerindəki hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmaya səy göstərilməsinə dair görüntülər qısa müddətdə ölkəmizə qarşı şəbəkələşən xarici və daxili media kanallarında tirajlanmaqla virtual hücumların intensivliyini artırıb. Hadisə ilə bağlı həmin şəbəkənin şiddətli dezinformasiya fəaliyyəti indi də davam edir.
Aksiya ilə bağlı Tik-Tok şəbəkəsində “İmişli Sevgi mebel”adlı profildən canlı yayımı həyata keçirib. Aksiyanın xaricdəki blogger və İranın “Səhər Azəri” kanalına canlı ötürən şəbəkələr məlumdur. “Meydan TV, Abzas Media,Toplum TV, Azadlıq radiosu, Mikroskop media, Azadlıq qəzeti, TimeTV, Hamamtimes.tv ”, ölkədaxili 5-ci kalona aid sosial şəbəkə səhifələri və s., habelə: xaricdəki bloggerlər: “Tural Sadıqlı (Azad Söz), Qənimət Zahid (Azərbaycan saatı),Sevinc Osmanqızı(Osmanqızı TV), Məhəmməd Mirzəli (Made in Azerbaijan), Orxan Ağayev (Hüseyn TV), Teymur Eminbəyli(ABATV),Əli Oğuz(OğuzTV),Qurban Məmmədov (Azərfridom), İmaməddin Əlimanov (Xalq TV), Manaf Cəlilzadə (Diktator TV), Qabil Məmmədov (Repressiyaya Son, Haqsızlığa susma), Süleyman Süleymanlı (Mübariz TV,PazTV ), Elşad Məmmədov (Mühacir TV), Operativ TV və başqalarının, onları alət kimi istifadə edən mərkəzlərin hadisə haqda saxta məlumatlarla, daha böyük iğtişaşlara çağırışlar etmək komandası aldığı aşkar görünür.
Qəzanın baş verdiyi əraziyə yaxın olan Yalavac kəndi İmişlinin ən böyük yaşayış məntəqələrindən olub, əhalisinin sayı: 3148 nəfərdir. Kəndin Həzrət Əli məscidində son illərdə keçirilən Aşura məclislərinə nəzər saldıqda-onların xarici ölkələrdə keçirilən məclislərlə eyni olduğu, uşaqların belə ayrıca aşura məclisləri-mərsiyələri təşkil etdiyi görünür.
Bu mühitdə yetişən gənc “Z” nəslin yanvarın 18-də baş verən qəza nəticəsində toplananlar arasında əksəriyyət təşkil etməsi, anidən “kritik kütləyə” transformasiyası nədən belə asan olub?-sualının cavabını verir.
Rayonun məscidlərində keçirilən Aşura mərasimləri ilə bağlı YouTube kanalında izlədikdə, onların 30 il boyu rayonda “Hüseynçi-şiəçiliyin” bütün kanonlarına əməl edilərək keçirilməsi diqqəti cəlb edir. Hər Aşurada simvolik “tabut” düzəldilir, qadın, uşaq hamı birlikdə həmin tabutu gəzdirərək mərasim-ayin icra edirlər.
18 yanvarda baş verən aksiyada Daxili İşlər Nazirliyi (DİN) çevik əks tədbirlər həyata keçirdi. Mediada qəza ilə bağlı ardıcıl açıqlamaların, mulitimedia və xəbərlərin yerləşdirilməsi kütlə psixologiyasına xas qəzəb dalğasına təsir etdi. Ən vacibi, yaranmış informasiya vakuumu şəraitində xaricdən tirajlanan saxta xəbərlərin “kononada” effekti ilə coğrafiyasının genişlənməsinə, şiddətlənməsinə və dağıdıcı qarşıdırmaya çevrilməsinə yol verilmədi. Habelə, İmişli rayon Polis bölməsinin rəsmiləri də yürüş edən sakinlərin qarşısına çıxdı.
Dövlət Statistik Komitəsinin(DSK) məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil yollarında 1031 qəza, yaxud 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az YNH baş verib. Nəticədə zərər çəkənlərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olmuş, 914-ü isə yaralanıb. YNH-nin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib. Hadisələrin 14-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.”
İmişli insidentini daim gündəmdə saxlayan, onun sosial-psixoloji effektini sönməyə qoymayan, süni intellekt və dezinformasiya vasitələri ilə 20 yanvar və digər tarix günlırinin faciə yaddaşını onunla sinxronlaşdıran qüvvələr “enerjinin itməməsi qanunu”na əsaslanaraq, “İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və s. protest enerjisini toplamaq üçün fəaliyyətlərini davam etdirirlər.
Əgər təxribatçıları nəzərə alaraq, hadisə yerinə gedən Daxili qoşunların 2-3 texnikası ilə sovet tanklarını birləşdirən, tarixi hadisələri siyasi mənfəətləri üçün istsimar edənlər mənfur qüvvələr varsa, o zaman hakimiyyət institutları bütün səviyyələrdə mənəvi dəyər tanımayan dairəlrlə üz-üzə olduqlarını bilməlidir. Dövlətdən qanun və ədalət tələb edənlərin bir çoxunun şəxsi profillərini araşdırdıqda xüsusilə də gənclərin müxtəlif təbliğat vasitələrinin güclü təsiri altında olduğu aydın görünür. O insanları Vətənin səngərində saxlamağa cavadehlik daşıyan hökumət qurumlarının fəaliyyətini dəyərləndirməyə ehtiyac var. Lakin xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki, dövlətimiz hələ işğal dövründə ən azı 3 dəfə silahlı çevriliş cəhdlərini, o cümlədən rəngli xarici internvensiyaları iflasa uğradıb.
Bəli, əhali ilə kommunikasiyanın gücləndirilməsi vacibdir. Ona görə də qəzaya səbəb olan və törədən şəxsin cəzalandırılması ilə yanaşı, Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsində Qələbə amilinin vətəndaşlarımızda formalaşdırdığı maksimal gözləntilərə müvafiq olaraq, dövlət başçısının aktiv beynəlxalq və daxili siyasəti fonunda bütün hakimiyyət instutularının vahid komanda kimi fəaliyyəti, koordinasiyalı işinə ehtiyac vardır. Xalqla ünsiyyətdə bütün resursların səfərbərliyi polis-vətəndaş formatını dəyişər, alternativ vasitələrin işə düşməsinə yol açar, güc amilinin sosial harmoniya vasitələri əvəzlənməsinə şərait yaradar".
Samir
MİA.AZ
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb
“Azəriqaz”da yeni direktor təyinatı olub
Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
İran federallaşırsa, Türk dünyası nə qazanır, nə İtirir? - TƏHLİL
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb
İranda aksiya: ölənlərin sayı 2550-yə çatıb, 1200-yə yaxın yaralı var - 18 mindən çox nümayişçi həbs edilib
Yol polisindən sürücülərə xəbərdarlıq - Hava şəraiti ilə bağlı
Azərbaycan nefti kəskin bahalaşdı - 72 dollara satılır
Magistraturaya sənəd qəbulu başlayıb - Detallar
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır