30-07-2014 [17:22]
Məlum olduğu kimi, bu gün Sülh Və Demokratiya İnstitunun direktoru Leyla Yunus saxlanılıb. Bu barədə MİA-ya müsahibə verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev L.Yunusun həbsinin əsaslı olduğunu deyib.
- Burda hər hansı insan qannsuzluqdan söhbət gedə bilməz. Ortada konkret cinayət əməli var və buna görə cavab verilməlidir. Təbii ki, bu gün həm daxildən, həm də xaricdən Azərbaycanı qarışdırmaq istəyən qüvvələr. Onlar belə fikirləşirlər ki, 2015-ci il parlament seçkilərinə qədər Azərbaycandakı sabitliyi pozsunlar. Belə demək mümkündürsə, buna qiymən nail olmaqdadırlar. Təsəvvür edin, Respublika Prokurorluğu Leyla Yunus barədə ifadə verməsi üçün qərar çıxarır, amma o, bu qərarı saymır. Hətta o vaxt hamının gözü qarşısında polis zabitinin papağını yerə atdı. Bunun özü ən azı əxlaqsızlıq, mədəniyyətsizlikdir. Düşünürəm ki, bu cür hərəkətərə kimliyindən asılı olmayaraq, hüquqi qiymət verilməlidir. Azərbaycanda adını müxalifət qüvvələri qoyan bəziləri Azərbaycanı parçalamaqdan ötrü ermənilərlə də separat danışıqlara gedirlər. Bununla bağlı bizdə çox ciddi məlumatlar var. Əgər Leyla Yunus, əri Arif Yunus vətənə xəyant edibsə, ermənilərlə iş birliyində olubsa, deməli, cinayət əməli törədiblər. Onu da nəzərə çatdırım ki, Leyla Yunusun özü, anası ermənidir. Eyni zamanda, əməlləri də erməni xislətlidir. Ona görə də cavabını almalıdır. Bu gün onu həbs ediblərsə, deməli, təqsiri var. Ən azından bu adam Azərbaycan dölətinin qanunlarına hörmətsizlik edir. Bu adamlar dəstəkçiləri ilə bir yerdə çalışırlar ki, Azrbaycan dövlətinin gücsüz olduğu görüntüsünü yaratsınlar. Ona görə də hesab edirəm ki, Leyla Yunusun həbsi düzgündür. Əgər günahsız olsa, azad olunacaq yox, təqsiri sübuta yetirilsə, həbsxanaya göndəriləcək.
- Hafiz müəlim, bu prosesdə müxalifət partiyalarının mövqeyini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, müxalifət deyəndə bir neçə qütb var. Biz heç vaxt erməniləri müdafiə eləməmişik. Bu gün Leyla Yunusu Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli kimiləri müdafiə edir. Biz də müxalifətik, niyə müdafiə eləmirik? Çünki bu adamların heç biri milli maraqlarımıza xidmət etmirlər. Onların bir məqsədi var, o da öz şəxsi maraqlarını güdmək. Elçibəy hakimiyyəti dövründə ermənilərlə işbirliyi qurması və həmin dövrdəki əməlləri açılsa, Leyla Yunusu güllələmək lazım gələr. Yəni, radikal müxalifət bu cür damı müdafiə edərək öz xislətlərini ortaya qoyurlar. Onlar küçədə yatan narkomanı da müdafiə edirlər. Elə danışırlar ki, guya Azərbaycan xalqının qayğısına qalırlar. Yəni, Əli Kərimlinin Leyla Yunusu müdafiə etməsi təbiidir. Onun arvadı da Leyla Yunusla bir milətin nümayəndələridir. Cəmil Həsənlinin qızı da ermənidə ərdədir. İsa Qəmbərin də milləyəti haqqında ilginc məlumatlar yayılmaqdadır. Mən bunların hamısını hələ 10-15 il bundan əvvəl demişəm, indi də subut olunur. Leyla Yunus təmiz adamdırsa, getsin ifadəsini versin də. Hər halda Ermənistanda, Avropada, eləcə də Azərbaycanda olan erməni qohumları Leyla Yunusu müdafiə edirlər. Bu faktın özü onun nə qədər təqsirli olduğunu ortaya qoyur.
- Bildiyiniz kimi, bu məsələdə bəzi beynəlxalq təşkilatlar, böyük güclər də təzyiqlərini artırırlar. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün Fələstində minlərlə dinc insanı, uşağı, qocanı, qadının qətlə yetirirlər. Əgər beynəlxalq təşkilatlarda, dediyiniz o böyük güclərdə ədalət varsa, həmin hadisələrə qiymət versinlər. Onların öz marağı olanda hər şeyə müdaxilə edirlər. Beynəlxalq güclər gəlsinlər, Qarabağ məsələsini həll eləsinlər. Bu dəqiqə beynəlxalq güclərin maraqları Azərbaycanda toqquşur. Ona görə də istəyirlər ki, burda ara qarışsın. Bu prosesdə isə Leyla Yunus, Əli Kərimli, İsa Qəmbər kimi adamlardan istifadə edirlər. Beynəlxalq təşkilatları gözümüzdə böyütməməliyik. Onların təzyiqlərinə də fikir vermək lazım deyil. Kimsə mənasız bir söz deyəcəksə, buna baxıb ölkəmizdə xaos yarada bilmərik. Azərbaycanda sabitlik var, onun qorunub saxlanması üçün əlimizdən gələni etməliyik. Bütün bunlardan asılı olmayaraq, Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olanların hamısı qanun qarşısında cavab verməlidir.
- Hafiz müəllim, bu arada hakimiyyətdaxi vəziyyəti, məmurların davranışlarını necə qiymətləndirirsiniz?
- Əgər hər hansı məmur ölkənin inkişafının qarşısını alırsa, qanunsuz əmələr törədirsə, o da cəzalandırılmalıdır. Təəssüüf ki, bu gün hakimiyyətdə belə məmurlar çoxdur. Məsələn, partiya sədrləri var ki, şəxsən mənə etiraf ediblər. Deyiblər ki, Milli Şura yarananda Milyrderlər İttifaqına bağlı olan bəzi nazirlərə müxalifətə dəstək vermək tapşırılmışdı. Əminəm ki, prezident İlham Əliyev bu barədə ciddi faktlara malikdir. Yəqin ki, yaxın müddətdə bütün bunlarla bağlı müvafiq qərar da verəcək. Hesab edirəm ki, həmin məmurlar aşkarlanıb xalq arasında ifşa olunacaq. Bəzi məmurlar bilirlər ki, ölkədə sabitlik davam etsə, onların vəzifə ömürləri başa çatacaq. Ona görə də hər fürsətdə ölkədə aranın qarışmasına, stabilliyin pozulmasına çalışırlar. Dövləti vəzifələr heç kimin adına ömürlük bron edilməyib. Bütün vəzifələr prezidentin sərəncamındadır və kim ora layiqdirsə, onu həmin kürsüdə saxlayacaq, əks təqdirdə, hamısı yola salınacaq. Bilməlidirlər ki, dövlətə, dövlətçiliyə xəyanət edənlərin axırı pis olacaq. Ölkəni daxildən qarışdırmaq istəyən məmurların hamısı cəzalarını alacaqlar. Biz də partiya olaraq, əlimizdən nə gəlirsə, onu həyata keçiririk.
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar