"Kapital Bank" və "Beynəlxalq Bank" məni bezdirir, lakin... - Ekspert Hökumə Quliyevanın atasının başına gələnlərdən yazır
18-01-2025 [16:33]
Əkrəm HƏSƏNOV
Ekspert
***
Bir neçə ildir ki, “Kapital Bank”ın bu və ya digər əməkdaşı mənə təkidlə zəng vuraraq (hətta bezdirərək) müştəriləri olmağı təklif edir. Hər dəfə də imtina edirəm (yalnız həyat yoldaşımın istifadəsində olan xırda məbləğli kart var, onu da gedib bağlatdıracağam).
Niyə? Çünki elə həftə yoxdur ki, bu bankın hansısa bədbəxt müştərisi mənə müraciət etməsin ki, hesabından (kartından) pul çəkiblər. Belə müraciətlərdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri də ikinci yerdədir (orada nəinki kartdan pul çəkirlər, hətta necəsə müştəridən xəbərsiz adına kredit də götürürlər – bu barədə ayrıca yazacağam).
26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də bu problemi qaldırmışam və demişəm ki, bu problem əsasən iri (sistem əhəmiyyətli) banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı təbii çoxdur.
Lakin məsələ yalnız bunda deyil. Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur! İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Niyə? Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun (mükafatları mənfəətə bağlıdır axı).
Nəticədə bu bankarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağıdır. Bu da onları narahat etmir. Çünki inzibati resursdan istifadə edərək onsuz da geniş müştəri və maliyyə mənbələrinə malikdirlər (digər tərəfdən, onların bağlanma ehtimalı olmadığı üçün sahibkarlar da hesablarını orada saxlayır, çünki bilirlər ki, bank bağlandısa, Əmanətlərin Sığortlanması Fondu oradan onlara heç nə verməyəcək, olan-qalan pulun da başına daş salacaq!). İşləri məhkəməyə düşəndə də eyni qayda ilə bütün problemlərini həll edirlər. Özləri şikayətçi olduqda isə çox zaman heç məhkəməyə də müraciət etmirlər. Hüquq-mühafizə orqanları kollektor və sillə vuran qismində həmişə qulluqlarında hazırdır...
P.S. Mən inanıram ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasından oğurlanmış pulları kompensasiya edəcəklər. Amma oğruları böyük ehtimalla tapa bilməyəcəklər. Necə ki, minlərlə belə qurbanların pullarını kartlardan çəkənləri tapa bilmirlər. Fərq sadəcə ondadır ki, həmin qurbanların pulunu banklar kompensasiya etmir. Məhkəməyə də müraciət edəndə onlar təbii belə bankların tərəfini tutur. Dərəbəylikdir də...
P.S.S. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən H.Quliyevanın atasına qarşı cinayət törədən şübhəli şəxslər müəyyən edilib, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq