Deputat istefa verdi - Açıqlama

img

08-01-2025 [16:35]


Ali Babacanın lideri olduğu DEVA Partiyasının sədr müavini, Manisadan deputat Səlma Aliyə Kavaf bu gün partiyadan istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü bəyanat yayıb.

Deputat üstüörtülü bildirib ki, sədr müavini və üzvlükdən getməsinin səbəbi partiya sədrini apardığı syasətlə üst-üstə düşməyən fikirləri olub:  "Partiya qurulucuğuna zərər verməmək, spekulyasiyaya yol verməmək və aparılan işlərə kölgə salmamaq üçün bu qərarı verdim..."

Xatırladaq ki, dünən də partiyanın Balıkəsirdən olan deputatı Burak Dalgın istefa verib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA