Məşhur futbolçu yığmanın baş məşqçisi təyin edilib - 2 illik müqavilə imzalanıb

img

08-01-2025 [13:55]


Məşhur hollandiyalı sabiq futbolçu Patrik Kluivert yeni vəzifəyə təyinat alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 48 yaşlı holland bundan sonra İndoneziya millisinin yeni baş məşqçisi kimi fəaliyyət göstərəcək.

İndoneziya Futbol Federasiyasından bildirilib ki, artıq Kluivertlə 2 illik müqavilə imzalanıb: "O, yanvarın 11-də İndoneziyaya gələcək. Bununla yanaşı, onun köməkçiləri Aleks Pastor və Denni Landzaat kimi hollandiyalılarla anlaşma əldə olunub".

Xatırladaq ki, karyerasına Ajaks, Milan, Barselona, ​​Valensiya, Nyukasl PSV, Lill kimi komandalarda davam etdirən Patrik Kluivert ilk məşqçi kimi Türkiyədə şalışıb. O, 2023-2024 mövsümündə "Adana Dəmirspor"u  sükanı arxasında olub: "Hollanda məşqçi Adana komandasında 20 matçda meydana çıxıb; 8 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət qazanıb"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA