Lukaşenko savaşdan qorxur: "Ukraynadakı demokratiyadansa, Belarusun diktaturası yaxşıdır"

img

07-01-2025 [14:52]


“Bir dövlət kimi müharibəyə sürüklənməyə tab gətirə bilməyəcəyik. Vəziyyət çox mürəkkəb olacaq”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O həmçinin ölkəsi ilə Ukraynadakı siyasi vəziyyəti də müqayisə edib:

“Dünyada çox gərgin situasiya hökm sürür, lakin biz buna tab gətirməliyik. Zaman hər şeyi layqincə qiymətləndirəcək. Qoy bizə desinlər ki, ölkənizdə diktatura var. Ukraynadakı demokratiyadansa, Belarusun diktaturası yaxşıdır. Biz müharibəyə tab gətirə bilmərik” – deyə, A. Lukaşenko fikirlərini yekunlaşdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA