AKŞENERİN KEÇMİŞ MÜAVİNİ TARİXİ SİRLƏRİ AÇDI: "Ərdoğan gecəylə ona zəng etdi, istefaya qoymadı" - "Meral xanım guya xəstələndi, səhəri isə..."
07-01-2025 [13:18]
Meral Akşenerin sədrlikdən istefasından sonra İYİ Partiya ətrafında baş verənlər böyük maraq doğurur.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İYİ Partiyasının keçmiş sədr müavini və son qurultayda sədrliyə namizəd olan Mehmet Tolqa Akalın Meral Akşenerin istefası və partiya ətrafında yaşananlarla bağlı sensasiyalı açıqlamalar verib.
O, Halk TV-nin canlı yayımındakı müsahibəsində deyib ki, ötən ilin 31 mart prezident seçkiləri gecəsi məğlubiyyətdən sonra İYİ Partiyasının o zamankı sədri Meral Akşener istefaya hazırlaşıb: "Mətləbə keçmədən əvvəl deyim ki, Prezident Ərdoğanın siyasi uğurunun əsası onun müxalifətini yaratma bacarığından irəli gəlir. Meral Akşener də belə müxaliflərdən olub. O, artıq siyasətçi olmaq hüququna da malik deyil. Meral Akşener martın 31-nə keçən gecə istefa verməli idi. Bu barədə mətbuat konfransı keçiriləcəkdi. Hər şey hazır idi. Ancaq o gecə saat 00:00-da İYİ Partiya Qərargahına - Meral Akşenerə Ərdoğandan bir telefon zəngi gəldi. Onun tələbimi deyim, təlimatımı deyim, bilmirəm, ancaq dəqiq olan budur ki, o zəngdən sonra Akşener istefa verməkdən vaz keçdi. Akşener birmənalı olaraq Ərdoğandan təlimat alan, bir sözlə, onun təlimatçısı olub. Meral Akşener artıq siyasətin deyil, tarixin mövzusudur".
Tolqa Akalın daha bir diqqətçəkən iddia da irəli sürüb:

"Baxın, biz Meral Akşenirin razılığı ilə Ankara bələdiyyəsinəı seçki üçün Mansur Yavaşla görüşdük, CHP ilə görüşdük, razılaşdıq. Bu razılaşma modelini bütün Türkiyəyə yayacaqdıq. Hər şey qaydasında idi. Hörmətli Akşener qərargaha gələcəkdi. və bazar ertəsi bu mövzuda bizimlə görüşəcək və bəyanat yayyacqdıq. Lakin qəfil o, guya xəstələndi və gəlmədi. Çərşənbə axşamı günü isə Uşaka getdi və orada "81 şəhərdə seçkilərə tək gedirik" dedi. Bu. sizə nəsə demirmi?".
Deputat Kürşad Zorlunun bir neçə gün əvvəlki istefasına gəldikdə, Akalın deyib ki, bu da tapşırıqla baş verib: "10 gün əvvəl Kürşad Zorlu ilə danışdım, dedi ki, istefa söz-sphbəti yalandır. Belə planı yoxdur. Məncə, İYİ Partiyasından istefa verəcəyini son anda ona gələn təlimatla öyrəndi. Bu, həm də onu göstərir ki, İYİ Partiyası artıq çözülür, dağılır, yox olur".
Maraqlıdır ki, bu iddialara Meral Akşenerin özü deryil, şəxsi köməkçisi Esma Bekar bir cümlə ilə cavab verib: "31 mart gecəsi prezidentlə telefon danışığı olmayıb. Bunu telefon çıxarışları ilə öyrənmək olar".
Firudin SƏFƏRLİ
MİA.AZ
"Fənərbağça"nın hücumçusu "Everon"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb
“Azəriqaz”da yeni direktor təyinatı olub
Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
İran federallaşırsa, Türk dünyası nə qazanır, nə İtirir? - TƏHLİL
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
Deputat Səməd Seyidovun kürəkəni "PASHA Holding”dən uzaqlaşdırılıb