"Fənərbağça" alman müdafiəçini transfer etmək istəyir - ABŞ-da oynayır

img

06-01-2025 [17:57]


"Fənərbağça" ABŞ-ın "Philadelphia Union" komandasında oynayan müdafiəçi Kay Vaqneri transder etməyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sol cinah müdafiəçisi axtarışında olan "Fənərbağça" artıq 27 yaşlı alman oyunçu ilə  danışıqlara başlayıb. 

Məlumata görə, bazar dəyəri 5 milyon avro olan alman futbolçunun ABŞ klubu ilə müqaviləsindəki "sərbəst qalma məbləği 2 milyon avro müəyyən olunur" maddəsi İsanbul klubunun "əli"ni gücləndirir: "Danışıqlar artıq yekunlaşmaq üzrədir. Yəqin ki, bir neçə günə keçid elan olunacaq".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA