Hakan Fidan: "Suriyada PKK/YPG-nin ortadan qalxması an məsələsidir"

img

06-01-2025 [16:26]


"Kürd qardaşlarımızın nəcib duyğularını istismar edərək üzərində qurduqları zorakılıq imperiyası dağılmaq üzrədir. Bu, artıq an məsələsir.  Suriyada PKK/YPG məsələsinin aradan qaldırılmasına  çox az qaldı. Demək olar, an məsələsidir"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İordaniya xarici işlər naziri Aymen əs-Safedi ilə birgə mətbuat konfransı keçirən xarici işlər naziri Hakan Fidan deyib.

Hakan Fidan daha sonra deyib ki, həmkarı ilə Suriyadakı son vəziyyəti müzakirə ediblər: "Suriyada bütün təbəqələri əhatə edən hökumətin yaradılmasında həmfikirik".

Firudin Səfərli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA