"Beşiktaş"da baş məşqçi problemi: Sergen Yalçın "yox" dedi, sırada kimlər var?

img

06-01-2025 [00:34]


"Beşiktaş"ın prezidenti seçilən Serdal Adalı komandanın Baş məşqçi postuna əsas namizədi Sergen Yalçını yola gətirə bilməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sergen Yalçın reanimasiyada ağır vəziyyətdə olan qardaşı Gürsoy Yalçının müalicəsi ilə məşğul olduğunu əsas gətirərək, təklifdən imtina edib.

Bununla bağlı Türkiyə mediasına danışan Adalı alternativlərinin olduğunu gizlətməyib: ""Beşiktaş"da daım alternativlər var. Hazırda danışıqlar apardığımız məşqçilər var. Lütfən, mediada yazılanlara inanmayın. Proses yekunlaşan kimi ilk olaraq özüm adı açıqlayacağam".

Xatırladaq ki, Türkiyə mətbuatı Serdal Adalının Niko Kovaç, Mirça Luçeskunun oğlu Razvan Luçesku və Slaven Biliç kimi tanımış məşqçilərlə danışıqlar apardığı iddia olunur.

Fərid Aslan
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA