DYP əməkdaşları sürücünü döyərək ona ağır xəsarət yetiriblər

img

25-07-2014 [09:50]


MİA-ya Dövlət Yol Pololisi əməkdaşlarının növbəti qanunsuzluğu ilə bağlı maraqlı məlumat daxil olub. Bu barədə xəbəri hadisə zamanı zərərçəkən Saməddin Həsənov verib. Onun sözlərinə görə, 19.07.2104-cü il tarixdə Bakı-Qazax yolunun Zazalı Postunun əməkdaşı böyük yol müfəttişi Zakir Quliyev 1968-ci il təvəllüdlü Bakı Şəhər sakini olan «Shacman» aftomobilinin sürücüsü kimi onu saxlayıb: "Afiq adli DYP işçisi ilə birləşərək onlar məni vəhşicəsinə döydülər. Nəticədə ciddi xəsarət aldım. Gözü dönmüş DYP-əməkdaşlarının əlindən güclə qaçıb canımı qurtardım. Goranboy rayon prokrorluğuna müraciət edib şikayət verdim. Prokrorluğun məktubu əsasında tibbi ekispertizadan keçdim. Mənə ciddi fiziki xəsarət yetirilməyim haqqında rəy verilib. Bundan sonra prokrorluq cinayət işi açıb».

Şikayətçi deyir ki, DYP-əməkdaşı, polis baş leytinantı Zakir Quliyev əvvəllərdə bir neçə dəfə onu qərəzli şəkildə saxlayıb və mənə heç bir səbəb olmadan yüksək məbləğli cərimələr yazıb. Qeyd edək ki, Bakı sakini olan Saməddin Həsənov Goranboy rayonunda gipis daşımaqla ailəsinə çörək pulu qazanır. Zərərçəkmiş DYP-əməkdaşının özbaşınalığı ilə bağlı Daxili İşlər Naziri Ramil Usubovada teleqramla müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA