Müsavat, Ağ Partiya, Ümid, KXCP... - Hökumət onlara pulu necə ayırır? (Açıqlamalar)
18-12-2024 [10:30]
Milli Məclisin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov 2025-ci ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı siyasi partiyaları sevindirən məlumat çatdırıb.
Mia.az-ın məlumatına görə, nazir bildirib ki, ölkə Prezidentinin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat artırılması nəzərdə tutulub.
Samir Şərifovun sözlərinə görə, bu da əvvəl nəzərdə tutulan vəsaitdən 20 faiz artıqdır. Bu gün dövlət başçısının siyasi iradəsi ilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədi daşıyır. Azərbaycanın yeni siyasi konfiqurasiyası Prezident İlham Əliyevin iradəsinin nəticəsidir.
Maliyyələşmə partiyaların fəaliyyətini şəffaflaşdırmaq, onların müxtəlif qruplardan asılılığını azaltmaq üçün mühüm rol oynaya bilər. Dünyanın bir çox ölkələrində partiyalar dövlət büdcəsindən maliyyələşir. Partiyaların inkişafı, cəmiyyətdə fəal rol oynaması, siyasi fəallığının təmin edilməsi, kənar qüvvələrin maliyyə asılılığından xilas olması baxımından bu, vacibdir.
Parlament seçkilərində proporsional seçki sisteminin tətbiq edildiyi ölkələrdə partiyalara dövlət büdcəsindən maliyyə ayrılması daha asandır və parlamentdə təmsilçilik hüququ qazanan partiyalara şamil olunur. Azərbaycanda ötən il qüvvəyə minən "Siyasi partiyalar haqqında" Qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib.
Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:
- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.
- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.
- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür. Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyaların da dövlətdən maliyyələşməsini mümkün edib. Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.
Parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alır:
Müsavat Partiyası;
Ağ Partiyası (AğP);
Azərbaycan Ümid Partiyası (ÜMİD);
Azərbaycan Xalq Partiyası (AXP);
Azərbaycan Demokrat Partiyası (ADP);
Ədalət Partiyası;
Müasir Müsavat Partiyası (MMP);
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP);
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP);
Yeni Zaman Partiyası (YZP);
Gələcək Azərbaycan Partiyası (GAP);
Haqq Ədalət Partiyası (HƏP);
Azad Vətən Partiyası (AZAD VƏTƏN).
Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. Görünür ki, hakimiyyət siyasi partiyaların fəallığını artırmağa çalışır.
Bəs məbləğin 1 milyon artırılmasının partiyaların işinə nə kimi təsiri olacaq?

Arzuxan Əlizadə
Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, siyasi partiyaların stimullaşdırılması üçün növbəti addım atılıb. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişiklikdən sonra bu dəstəkdən parlamentdə təmsil olunmayan partiyalar da yararlana bilir: “Biz məbləğin artırılacağı qərarını gözləyirdik. Sadəcə, Qarabağın bərpası, azad edilən ərazilərə qayıdış, ölkənin müdafiə xərclərini nəzərə alaraq, bunu demək etik olmazdı. Ancaq göründüyü kimi, parlamentdə təmsil olunmayan partiyalar da maliyyə dəstəyi alırlar. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi göstəriş verib və bizim də dövlət başçısına bir təşəkkür borcumuz var”. A.Əlizadə vurğuladı ki, bu dəstək partiyaların fəaliyyəti üçün impulsdur: “Artıq 25 partiyanın hər biri bu vəsaitdən istifadə edəcək. Düşünürəm ki, siyasi partiyaların daha effektiv fəaliyyəti üçün maliyyə ayrılması mühüm stimuldur”.
![]()
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, büdcədən partiyalara vəsait ayrılması vacib məsələdir: “Əvvəllər də bu məsələ var idi, amma müəyyən məhdudiyyətlər mövcud idi. Son dəyişiklik əsasında isə parlamentə düşməyən partiyalar da maliyyə dəstək alacaqlar. Düzdür, orada da müəyyən şərtlər var, üstünlük parlament partiyalarına verilir, amma bütün hallarda, 1 milyon vəsaitin artırılması ciddi bir rəqəmdir. Çünki partiyalar normal fəaliyyət göstərməlidirlər”.
Partiya sədri əlavə etdi ki, Azad Vətən iki il əvvəl təsis olunub: “Artıq yeni siyasi münasibətlər formalaşır. Bəzi çığıran partiyalar var ki, özlərini necə göstərmək lazım gəldiyini bilmirlər. Lakin əksər partiyalar normal fəaliyyətini davam etdirirlər. Partiyalar ölkənin idarəçiliyində, cəmiyyətin həyatında mühüm faktordur. Ona görə dövlətdən dəstək almalıdırlar. Bu dəstək həm də xarici qüvvələrin təsiri altına düşməmək üçün vacibdir. Həmin asılılığı aradan qaldırmaq lazımdır. Partiyalar dövlətçiliyə xidmət etməlidir”. A.Nağı dedi ki, Prezidentin bu təşəbbüsü diqqətəlayiq məsələdir: “Sadəcə, biz bu dəstəkdən hələlik istifadə edə bilməmişik. Qanunda göstərilir ki, partiyanın büdcəsində vəsaitin hərəkətliliyi olsun. Bizim partiyaya isə nə pul köçürülüb, nə transfer edilib deyə bu imkandan yararlana bilməmişik. Düşünürəm ki, bu bəndə düzəlişə ehtiyac var”.
MİA.AZ
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb