Bakı Metropoliteninin axtarışda olan əməkdaşı tutulub

img

24-07-2014 [11:46]


Bakıda axtarışda olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis BölməsindənAPA-ya bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olan, Abşeron rayonunda yaşayan "Bakı Metropoliteni” QSC-də stansiya növbətçisi işləyən, 1971-ci il təvəllüdlü Seymur Eldar oğlu Məhərrəmov tutularaq Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA