Xaçmazda kütləvi dava - 1 ölü, 2 yaralı

img

24-07-2014 [09:03]


İyulun 23-də, axşam saatlarında Xaçmaz şəhərində kütləvi dava baş verib. MİA APA-ya istinadən xəbər verir ki, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib. Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA