Qrossmeyster Şəhriyar Məmmədyarov İstanbul Hava Limanında özbaşınalıqla qarşılanıb - VİDEO

img

16-12-2024 [18:56]


Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.

Bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.

Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.

Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər./Qafqazinfo.az

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA