Bakıda gənc oğlanı bıçaqladılar

img

23-07-2014 [13:06]


Bakıda 25 yaşlı gənci bıçaqladılar. Bakı Şəhər Baş Polis İdarəsindən "Qafqazinfo”ya verilən məlumata görə, hadisə dünən R. Rza küçəsində yerləşən Xəqani bağının yaxınlığında baş verib. Bakı sakini 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

DİN BDYPİ və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev tutulublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA