Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlayacaq? - TƏHLİL
06-12-2024 [15:56]
Azərbaycan Prezidenti İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib.
“Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır”, – Dövlət başçısı bildirib.
Prezidentin də dediyi kimi, Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır. Hər şeydən öncə ona görə ki Azərbaycan erməni icması ilə bu dialoqa çoxdan başlayıb. Hətta lokal xarakterli antiterror əməliyyatlarına qədər erməni icması ilə görüşlər keçirilmiş, reinteqrasiya prosesi elan edilmişdi. Erməni icmasının yekunda Azərbaycanı öz istəyi ilə tərk etməsi artıq onların öz seçimi idi.
Yəni erməni icmasından fərqli olaraq Qərbi Azərbaycan İcması üçün nə reinteqrasiya prosesi elan edilib, nə də hər hansı bir formatda dialoq qurulub. Yəni onlara qayıtmaq istəyib-istənilməməsi soruşulmayıb. Buna görə də Ermənistan icma ilə dialoqa başlamalı, Qərbi azərbaycanlıların hüququ təmin edilməlidir.
Prezident İlham Əliyevin sözügedən fikri Ermənistanda geniş müzakirə olunmaqdadır. Əslində, İrəvanın icma ilə dialoqdan yayınmaq səbəbi aydındır. Erməni icmasından fərqli olaraq, Qərbi azərbaycanlılar bütün risk faktorlarını nəzərə alıb Ermənistana qayıtmaq istəyəcək. Bu isə Ermənistana sərf etmir.
İrəvan yaxşı bilir ki, erməni əhalidən fərqli olaraq azərbaycanlılar demoqrafik baxımdan artıma meyillidir. Hətta Qərbi Azərbaycan icması ata-baba torpaqlarından didərgin düşməsəydi, bu gün Ermənistan parlamentində 10-dan çox Azərbaycan əsilli deputat olardı. Ermənistanda isə əhalinin azı 40 faizini azərbaycanlılar təşkil edərdi.
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın monoetnik ölkə imicini qorumaq istəyir. Yəni Ermənistan əhalisini xaricdən gələn və Qarabağdan köçən ermənilərin hesabına artırmağı düşünür.
Hesab edirəm, Prezidentin qeyd etdiyi “Ermənistan Qərbi Azərbaycan ilə dialoqa başlamalıdır” fikri sülh müqaviləsinin şərtlərindən biri olmalıdır. 2025-ci il sülh danışıqlarında bu məsələ də müzakirə edilməli, gündəliyə salınmalıdır.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub