Məşhur iş adamı Azərbaycanda klub alır

img

03-12-2024 [14:34]


Məşhur iş adamı Adnan Əhmədzadə Azərbaycanda klub sahibi olmağa qərar verib.

Mia.az bizim.media-ya istinadən yazır ki,  beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın "Barselona" klubu ilə yaxşı əlaqələri olan iş adamı I Liqada çıxış edən "Mingəçevir" klubuna sahib olmaq üçün ilk addımını atıb.

Sahibkar, bunun üçün AFFA-ya rəsmi müraciət edib.

Qurumla Əhmədzadə arasında danışıqlar hələ yekunlaşmayıb. O, zəngin futbol ənənələrinə malik Mingəçevirin təmsilçisini ölkənin aparıcı klubları sırasına daşımaq niyyətindədir.

Qeyd edək ki, braziliyalı dünya çempionu Ronaldinyo və "Barselona"nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirən iş adamı argentinalı əfsanə Lionel Messi ilə dostluq əlaqələri ilə də tanınır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA