Vasif Talıbovun qardaşının rəhbərlik etdiyi federasiya ləğv olundu

img

28-11-2024 [12:59]


Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov idi. M.Talıbov muxtar respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır. Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.

Xatırladaq ki, bir müddət əvvəl Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da ləğv edilmişdi(Oxu.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA