Türkiyə millisinin futbolçusu "Golden Boy Web" mükafatı aldı - İtaliyada 

img

27-11-2024 [22:56]


Türkiyə millisinin futbolçusu İtaliyada "Golden Boy Web" ("Qızıl Oğlan") mükafatı alıb. 

Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, bu gün İtaliyada verilən “Golden Boy Web” mükafatının nəticələri açıqlanıb. 

Məlumata görə, mükafatı “Yuventus”da çıxış edən Türkiyə yığmasının sol ciinah yarımmüdafiəçisi Kənan Yıldız qazanıb.

"Tuttosport" tərəfindən hər il təşkil edilən mükafatı gənc futbolçular arasında səsvermə yolu ilə müəyyən edilir.

Xatırladaq ki, 19 yaşlı ulduz futbolçu həm də 19 yaş 136 gün ərzində UEFA Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.

Fərid ASLAN
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA