Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb

img

26-11-2024 [11:29]


Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək IV turun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA