İspaniya klubları türk oyunçunu almaq istəyir

img

25-11-2024 [18:48]


İspaniyanın La Liqa komandaları Britaniyanın "Bornmut" klubunda top da çıxış türk futbolçu Enes Ünalın transfer etmək üçün rəqabətə girib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, daha əvvəl İspaniyanın "Levante", "Vilyarreal", "Real Valyadolid" və "Xetafe" klublarında çıxış edən 27 yaşlı Enes Ünal yenidən Türkiyəyə dönmək üzrədir.

İspaniya mətbuatı yazır kii, Türkiyə millisinin hücumçusu ilə "Sevilya" və "Xetafe" çox yaxından maraqlanır: "Hər iki klub onu geri gətirmək üçün indidən hərəkətləniblər. Yanvarda  hər iki klub rəsmi təkliflərini verəcəklər".

Xatırladaq ki, "Bornmut" Enes Ünalı ötən mövsümün ikinci yarısında icarə əsasında heyətinə qatıb, mövsümün sonunda isə 16,5 milyon avroluq transfer haqqı ilə heyətinə qatıb. 

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA