"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya

img

25-11-2024 [16:29]


Britaniyanın "Çelsi" klubu "Qalatasaray"ın qolçusunu almağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Çelsi" "Qalatasaray"da icarədə olan, lakin "Napoli"yə mənsub olan Viktor Osimhen üçün 75 milyon avroluq təklif paket sürəcək.

Xəbərdə deyilir ki, 25 yaşlı nigeriyalı hücumçu da "Çelsi"də oynamağa maraqlıdır: "Yanvarda "Çelsi" bu məqsədlə "Napoli"nin qapısını döyəcək".

Xatırladaq ki, "Qalatasaray" Osimhen üçün "Napoli"yə 25 milyon nəğd və 52.5 milyon avro isə 3 ilə ödəmə təklif etsə də, rədd cavabı alıb.

Lamiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA