Ötən həftə ölkədə 13 nəfər suda boğulub

img

21-07-2014 [14:26]


Həftəsonu Azərbaycanda 5 nəfər suda boğularaq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şənbə günü, iyulun 19-da Salyan rayonu Parçaxalac kəndinin ərazisində kənd sakini Heydərağa Mirzəyev Kür çayında çimərkən, Lənkəran rayonu Havzava kəndinin ərazisində isə Veriəliabad kənd sakini Mirələm Rəhimov göldə çimərkən suda boğulublar.
Həmin günü Salyan rayonu ərazisində çayda boğulmuş Heydərağa Mirzəyevin meyiti sudan çıxarılıb.
Bazar günü, iyulun 20-də isə Bakı şəhər sakinləri İlqar Mustafayev Kürdəxanı çimərliyində, Təbriz Qəmbərzadə Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisində dənizdə çimərkən boğulublar. Onların meytləri sudan çıxarılıb.
Xatırladaq ki, DİN-in məlumatına görə, suda boğulma ilə bağlı iyulun 14-də və 17-də Azərbaycanda 8 nəfərin ölüm faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətindən (DSXX) Trend-ə verilən məlumata görə isə, bu il iyulun 14-dək ölkədə qeyri-çimərlik ərazilərində 18 nəfərin suda boğulması faktı baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA