"Qalatasaray" "Tottenhem"un oyunçusunu "radar"a alıb - Osimhenin menecerinə səlahiyyət verildi

img

21-11-2024 [10:18]


Yayda 10 milyon bazar dəyəri olan məşhur hücumçu Viktor Osimheni heyətinə cəlb etməklə diqqəti özünə çəkən "Qalatasaray" daha bir səs-küy yaradacaq transferə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq koreyalı ulduz Heung-Min Sonu heyətinə qatmaq istəyir. 

Məlumata görə, klub bu məqsədlə Viktor Osimhenin transferində böyük rol oynayan menecer Corc Qardiyə danışıqlar üçün tam səlahiyyət verib. 

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA