Saatlıda tükürpədici olay: yeznə və baldız ağacdan aslı tapıldı

img

19-07-2014 [13:19]


İyulun 19-na keçən gecə, saat 04:00 radələrində Saatlı rayonu Məmmədabad kəndində iki nəfər intihar edib.

Saatlı rayonu Polis şöbəsinin növbətçi hissəsindən Modern.az saytına hadisəni təsdiqləyərək bildirilib ki, özlərinə qəsd edənlər Məmmədabad sakinləri olan qohumlardır.
Belə ki, 11.12.1993-cü il təvəllüdlü Askanov Mürşüd Cümşüd oğlu və 11. 02. 1997-ci il təvəllüdlü Ağaşova Şəfəq Əlşad qızı kənddəki meşədə özlərini iplə ağacdan asaraq intihar ediblər. 

"İntiharın səbəbləri bilinmir. Hadisəylə bağlı cinayət işi açılıb”.

Kənd sakinləri isə Modern.az-a verdikləri məlumatda intihar edənlərin yeznə-baldız olduğunu söyləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA