Bakıda jurnalisti öldürdülər

img

18-07-2014 [12:10]


"Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb

Bu barədə APA-ya "Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib.
Ə. Mədətoğlu deyib ki, iyulun 17-də S. Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S. Ağayev hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, "Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub.
Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb
Qeyd edək ki, S. Ağayev əvvəllər "Ədalət” qəzetində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA