Şəhid ailələrinə qarşı görünməmiş dələduzluq - ŞOK

img

16-07-2014 [15:04]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ döyüşlərində iştirak etmiş, şəhid və itkin düşmüş şəxslərin ailələrinə qarşı dələduzluqda təqsirli bilinən Ceyhun Əliyev, Vaqif Məmmədov, Samir Hümbətov, Məhyəddin Behbudov, Fərhad Əliyev, Anar Nəbiyevin məhkəməsi keçirilib. Teleqraf.com xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədiblər. 2009-2013-cü illərdə fəaliyyət göstərən dəstə üzvləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda itkin düşmüş şəxslərin ailə üzvləri və Qarabağ döyüşlərində iştirak edənlər üçün bina tikiləcəyini bildiriblər. Onlar binada Qarabağ müharibəsi iştirakçıları və Qarabağ döyüşlərində şəhid olanların ailələri üzvlərinə mənzillərin verilməsində kömək göstərəcəklərini vəd ediblər. 1 otaqlı evi 8 min manata, 2 otaqlı evi 10 min manata, 3 otaqlı evi 12 min manata satacaqlarını deyiblər. Dəstə üzvləri Milli Məclisin sosial təminat şöbəsinin müdiri A.Ağayev tərəfindən mənzillərə guya zərərçəkmişlərin adlarına rəsmiləşdirilməsi barədə saxta sənəd təqdim ediblər. Beləliklə, həmin saxta sənədi göstərməklə zərərçəkmişləri aldadıblar. Vəkillər qanun pozuntusundan danışdılar Cinayət işi üzrə 45 zərərçəkmiş tanınıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlə çıxış ediblər. Vaqif Məmmədovun vəkili bildirib ki, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq qanunu pozub. Onun sözlərinə görə, Vaqif Məmmədov cinayət işi ilə tanış olmasına müstəntiq şərait yaratmayıb. Vəkil əlavə edib ki, müstəntiq vəzifə səlahiyyətlərini aşıb və Vaqif Məmmədovun cinayət işi ilə tanış olmaqdan imtina etməsi ilə bağlı protokol hazırlayıb: "Protokolda Vaqif Məmmədova cinayət işi ilə tanış olmaq üçün şərait yaradıldığı qeyd edilib. Halbuki tamam tərsinədir. Buna görə də məhkəmənin hazırlıq iclasının işinə xitam verilməsini və cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını xahiş edirik”. Prokuror cinayət işinin istintaqa qaytarılmasını istədi Ceyhun Əliyevin vəkili bildirib ki, xüsusi ilə ağır cinayət törədən şəxs 9 ay müddətində həbsdə saxlanıla bilər. Bundan artığına yol verilmir. Bu işdə isə həmin müddətdə məhkəmə istintaqı başlanmayıb. Vəkil Ceyhun Əliyevin barəsində olan cinayət işinə xitam verilməsini və onun məhkəmə zalından azadlığa buraxılmasını istəyib. Vəsatətlə münasibət bildirən prokuror deyib ki, işin istintaqa qaytarılması ilə bağlı müdafiə tərəfinin vəsatəti təmin olunmalıdır. - 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA