Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-10-2024 [00:01]
Qoç - günün ilk yarısında sakit davranmaq çətindir. Soyuqqanlı davranmağınız şərtdir. İşlər istədiyiniz kimi getmədiyindən çox əlverişsiz, ağır şəraitə uyğunlaşmalı olacaqsınız. Amma situasiyanı dəyişə biləcəyinizə əminliyiniz itməsin.
Günün ikinci yarısında əlverişli məqam olacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Romantik təmaslar üçün münasib zamandır.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Buğa - işgüzar danışıqlar üçün əlverişli zamandır. Potensial sifarişçilər, müştərilərlə danışıqlar aparın. Bilik və bacarıqlarınızı, imkan və potensialınızı nümayiş etdirin. Səfərə yollanmaq olar. Yeni marşrutları sınaqdan keçirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə harmoniya yaradın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Axşam saatlarını evdən kənarda keçirin.
Sevdiyiniz insanla birlikdə istirahət etmək olar.
Əkizlər - günün ilk yarısında mühüm işlərlə məşğul ola bilərsiniz. Diqqətli olun, səhvlərə yol verməyin. İşgüzar aktivlik səviyyənizi aşağı salmayın.
Tərəfdaşlıqla bağlı təklifin müzakirəsinə başlamazdan əvvəl detallara bir daha nəzər salın.
Günün ikinci yarısında yaxınlarınızla ixtilaf istisna deyil. Münaqişənin səbəbi əvvəlki dönəmlərdədir və indi aradan qaldırıla bilməz. Dəyər verdiyiniz insanların zəif cəhətlərinə aqressiv reaksiya verməyin.
Xərçəng - hər şey alınacaq. Əsas odur ki, sizi yoldan sapdırmağa və irəliləyişinizə mane olmağa çalışan insanlara qulaq asmayasınız. Yeni layihələrə başlamaq olar. Sınanmış dostlar və ya müttəfiqlərim birgə fəaliyyətə cəlb etmək mümkündür.
Günün ikinci yarısında həmfikirlərlə ümumi işi müzakirə edin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Şəxsi münasibətlər üçün düşərli zamandır. Həddən artıq romantizmə dalmayın. Rasional davranış fikir ayrılıqları və mübahisələrin qarşısını ala bilər.
Əhvalınızı kiçik məsələlər görə korlamayın.
Şir - günün ilk yarısı əlverişlidir. İşdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın. Fəaliyyətinizlə bağlı önəmli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların yaşamlarından şikayətlərinə qatılmayın.
Günün ikinci yarısında uğur şansınız az deyil.
Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Əhvalınız pisləşə bilər. Narahat olmayın. Yaşananlar əhvalınıza pis təsir etməyəcək. Nikbin olun, yaxınlarınızla səmimi davranın.
Özünüzü çox yormayın.
Qız - asan olmayan, qarışıq gündür. Ruhdan düşməyin. Nigaranlıq və narahatlıq yaradan problemin həll imkanları yaranıb. Mühüm suallara cavab ala bilərsiniz. İşdəki münaqişəni çözmək üçün konkret addımlar atın.
Günün ikinci yarısı normal peşəkar fəaliyyətə mane olan mənasız rəqabətə son qoyun.
Təxəyyülü işə salın, yaşamınızda yenilik edin. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Birmənalı olmayan situasiyada səhih davranış modeli seçin. Dəyişikliklərdə fayda var.
Tərəzi - hadisələrin sakit müşahidəçisinə çevrilməyin. Aktiv olun, enerjili hərəkət edin. İşgüzar danışıqlar pis keçməyəcək. Yeni tərəfdaşlarla əməkdaşlıq şərtlərini yerli-yataqlı, tələsmədən müzakirə edin. Çoxdan bəri həllini gözləyən maliyyə problemini çözə bilərsiniz.
Köhnə borcun qaytarılması istisna deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insanların birindən xoş xəbər alacaqsınız. Vaxtında nümayiş edilən təşəbbüs şəxsi həyatınızda dəyişikliklərə səbəb ola bilər. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz. Yaxşı formadasınız.
Əqrəb - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bundan istifadə edin. Tələsin, çünki situasiya dəyişir, vəziyyət ağırlaşır.
Günün ikinci yarısında həmkarlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Kompromis variant tapmaq asan olmayacaq.
Axşam saatları ailə üzvləri ilə pul məsələsinə görə mübahisə vəd edir. Səbrli, təmkinli olun. İmiclə eksperimentlər etməyin. Nəticələr şübhəlidir. Yaxınlarınızı rəncidə etməyin.
Oxatan - rəvan zamandır. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. İdeyaları, hətta ən cəsarətli planları reallaşdırmaq olar. Fəaliyyət planını hazırlayın, irəliləyiş istiqamətini konkretləşdirin. İmprovizələr uğurlu olacaq. Problemin parlaq həll variantını tapacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Onların sizinlə bağlı gözləntilərini doğruldun, ümidlərini aldatmayın. İnanın, bu, heç çətin iş deyil. Sevdiyiniz insanla təmaslarınızdakı anlaşılmazlıqlara, münasibətlərinizi sərinlədən məqamlara son qoymaq olar.
Oğlaq - günün ilk yarısında maliyyə çətinlikləri istisna deyil. Pullarınızı biznesə yatırmayın. Kommersiya fəaliyyəti üçün əlverişli zaman deyil. Müstəqil fəaliyyət göstərin. Detallara fikir verin, səliqəli olun.
İşdə rəhbərliklə dil tapın.
Günün ikinci yarısında mühüm məsələləri təhlil etmək olar. Konstruktiv dialoqa üstünlük verin. Şəxsi münasibətlər baxımından neytral zamandır. Yaxınlarınızla ciddi fikir ayrılıqları olmayacaq. Əvvəlcədən planlaşdırılmış qısa səfərlərə yollanmaq mümkündür.
Dolça - günün ilk yarısında cəsur ideyaların reallaşdırılması üçün əlverişli şərait olacaq. İşlərdə uğur istisna deyil. Qəfil və maraqlı təklif alacaqsınız. Məhsuldar əməkdaşlıq başlana bilər. Müttəfiqlərinizi çox aramayın. ilk dəfə gördüyünüz insanların qiymətləndirilməsində səhvlərə yol verməyin.
Günün ikinci yarısında alınan məlumatlara ciddi yanaşın. Bu informasiyalardan bəziləri az sonra karınıza çata bilər. Son həftələr sizi narahat edən situasiya aydınlaşacaq. Yaxın perspektiv üçün hərəkət planını hazırlayın.
Balıqlar - yaradıcı yanaşma, təxəyyül, qeyri-standart həllər tələb edən işlər üçün günün ilk yarısı əlverişlidir. Rutin işlər sizi yoracaq. Ənənəvi çərçivələri dağıdın, azad və sərbəst davranın.
Günün ikinci yarısında işgüzar danışıqlara başlayın. Peşəkar fəaliyyət və maliyyə məsələləri ilə bağlı aktual məsələləri müzakirə edin. Konstruktiv dialoq üçün yaxşı zamandır.
Əks cins mənsubları ilə münasibətlərinizə fikir verin. İndiyədək dəfələrlə problemlər yaratmış səhvləri təkrarlamayın. Davranışınızda dəyişikliklər edin.
Milli.Az
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi
İsrail daha bir ölkəni vurdu, əhaliyə "bölgəni təcili tərk edin" mesajı verdi - Minlərlə insan həyəcan içində qaçır (FOTO)
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batıracağıq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu
ABŞ-dan etiraf: "İrana hücumda B-2-dən istifadə olunur"
Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub
Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."
Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İRANIN YENİ LİDERLƏRİ GÖRÜŞMƏK İSTƏYİR" - Tramp neftin qiymətindən danışdı, "Tehranı vurmasaydıq, iki həftəyə nüvəyə sahib olacaqdılar" deyir
NATO-dan İrana hücumla bağlı - AÇIQLAMA
Tehran yenə vurulub: "Qabqalayıcı tədbirlər davam edir"
Ramazanın 12-ci gününün duası: imsak və iftar vaxtı
İran rejimi məğlub oldu... - Şahin Cəfərlidən TƏHLİL
İranda "qisas bayrağı" qaldırılıb
"Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi" - İlham Əliyev İran Prezidentinə başsağlığı verdi
Azərbaycan vətəndaşları İrandan təxliyə olunur (Yenilənib)