Vəzifəli şəxslərlə bağlı cinayət işi açıldı

img

15-07-2014 [15:14]


Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA