Azərbaycanlı qanuni oğrunun villasına polis basqını

img

15-07-2014 [12:53]


Rusiya polisi tərəfindən həbs olunan 33 yaşlı azərbaycanlı qanuni oğru Əli Heydərovun villasına polis basqın edib.

İnterpress.az xəbər verir ki, basqında səbəb qanuni oğrunun həbsi ilə bağlı əlavə dəlillər tapmaq olub. Xüsusilə, 2013-cü ildə kriminal generalın adının hallandığı qalmaqallı soyğun hadisəsi ilə bağlı dəlillər tapmağa ümid edir. 

Qeyd edək ki, Albert Rıjıy ləqəbli qanuni oğru həmin soyğunun təşkilatçısı kimi iyulun 13-də saxlanılıb. 

Lomonosov rayonunda yerləşən villada hələlik tikinti işləri tam başa çatmayıb. Buna görə də A.Heydərovun həmin villada yaşamadığı bildirilir. 

Polisin məlumatına görə, Albert Rıjıyın yaratdığı cinayətkar dəstə elit avtomobillərin aşağı qiymətə satışı barədə cəlbedici təkliflərlə müştəri cəlb edib. Müştəriyə bahalı maşın göstərilib, təcili satmaq istədikləri bildirilib. 

Müştəri razılaşdığı təqdirdə təhvil-təslim üçün görüş təyin olunub. Görüş yerinə gələn müştəri orda cinayətkar dəstənin üzvləri ilə qarşılaşıb. Dəstə üzvləri müştərinin pulunu əlindən alıblar, maşın isə verilməyib. 

Qeyd edək ki, Əli Heydərov 2012-ci ilin payızında Peterburqda "taclandırılıb”. Ded Xasanın klanına daxil olan Əli Heydərova qarşı sui-qəsd törətməyə hazırlaşan bir qrup isə bir müddət əvvəl zərərsizləşdirilib. 

Əli Heydərovun rəqiblərinin sifarişi ilə onu öldürməyə hazırlaşan killer qətli törətməyə bir neçə dəqiqə qalmış həbs edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA