Sabiq deputatın anası məhkəmədə ifadə verməkdən imtina edib - "Pul çox olanda..."
03-10-2024 [14:25]
Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Cinayət işi üzrə məhkəməyə şahid qismində çağırılan İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O deyib ki, H.Abdullayevi 1995-ci ildən tanıyır:
"Hüseyin Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. H.Abdullayevin şirkətlərinə qeyri-rəsmi olaraq Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam."
Şahid ibtidai istintaq zamanı H.Abdullayevin xaricdəki fəaliyyəti və oradan gələn pullarla bağlı məlumatının olduğunu, eləcə də H.Abdullayevə xaricdən külli miqdarda pul gəldiyini bildirib:
"Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək ixtiyarımız yox idi. Bu pullara onun mühasibi Azadə Cəfərova nəzarət edirdi. O, Hüseyn Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Belə ki, Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər müşayiət edirdim".
Cinayət işi üzrə dindirilməli olan növbəti şahid - H.Abdullayevin anası Zeynəb Abdullayev isə ifadə verməkdən imtina edib.
Daha sonra hakim iş üzrə məhkəməyə daxil olan bir neçə teleqramı səsləndirib.
Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, H.Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda yaşadığı evdən köçmək üçün Nüsrət adlı işçi pul təklif etmişdi: "Biz də köçməkdən imtina etmişdik. Ona görə də evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq".
Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib(Report).
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı