Paşinyan Bakıya “tələsirəm” mesajı verdi - Razılaşdırılmayan 3 maddə (TƏHLİL)
26-09-2024 [16:19]
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib.
Baş nazir vurğulayıb ki, məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
Prinsipcə, Paşinyanın bu təklifi onun bir müddət öncə dediyi “Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb” fikirinin başqa bir ifadəsidir. Yəni Paşinyan razılaşdırıldığı iddia edilən 13 maddə və preambula əsasında sülh sazişinin imzalanmasını istəyir.
Bakı hələlik bu bəyanata rəsmi cavab verməsə də, hesab edirəm, təklif qəbul edilməyəcək.
Məsələ ondadır ki, razılaşdırılan 13 maddənin nələr olduğu açıqlanmasa da, razılaşdırılmayan 3 maddə ilə bağlı ilkin fikirlər söyləmək mümkündür:
- Ermənistan konstitusiyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiası ehtiva edən maddələrinin dəyişdirilməsi;
- 10 Noyabr bəyanatında qeyd olunan “maneəsiz hərəkət prinsipi”nin təmin edilməsi;
- Delimitasiya və demarkasiya prosesinin gələcəyinə dair razılığın olması.
Son günlər Bakının İrəvandan təzminat tələb etməsi və bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması da sülh sazişində bu məqamın 17-ci maddə ola biləcəyi ehtimalını artırır.
Azərbaycan indiki məqamda Ermənistandan daha çox sülhü istəyir. Lakin İrəvanın təklifləri konkret deyil və gələcəkdə münaqişənin yenidən alovlanmasının qarşısını alacaq bəndləri özündə ehtiva etmir. Bakı ən yaxşı halda konstitusiya dəyişikliyindən sonra Ermənistanla ilkin sülh müqaviləsi imzalaya bilər.
Aydın məsələdir ki, Paşinyan bu təkliflə həm də sülhdə maraqlı olduğunu göstərmək istəyir. Bu, onun tez-tez müraciət etdiyi variantdır. Lakin erməni baş nazirin sülh haqqında dedikləri ilə İrəvanın intensiv silahlanması arasında təzad var. Sülhdə maraqlı olan bir ölkə silahlanmaya meyilli olmamalıdır.
Turan Rzayev
MİA.AZ
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?