Bakıda sürücülər arasında yol üstə dava: kişi sürücü qadınları döyüb
25-09-2024 [13:23]
Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəfər Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Məlumata görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2000 manat məbləğində cərimə cəzası təyin edilib.
İttihama görə, hadisə 4 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Cəfər Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən həmin yol ilə piyada hərəkətdə olan zərərçəkmiş Günay Ramazanovaya (şərti) maşın yolundan kənara çəkilməsi ilə bağlı irad bildirib. Bu zaman onlar mübahisə edib. Nəticədə Cəfər qadının sol təpə nahiyəsinə iki dəfə, üst dodağına isə bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Cəfər Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında o, irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, maşını ilə hərəkətdə olan zaman iki nəfər qadının əks istiqamətdən olan yolun avtomobilə aid olan hissəsi ilə hərəkət etməsini görüb. Bu zaman o, avtomobilin pəncərəsindən həmin şəxslərə yoldan kənara çıxmalarını bildirib. Onun bu sözündən sonra orta yaşlı qadın yolun sağ tərəfinə keçib, digər şəxs isə avtomobilin sol tərəfində dayanıb. Həmin vaxt o, idarə etdiyi avtomobili dayandırmaq istəyib, lakin maşında olan nasazlıq səbəbindən dayandıra bilməyib. Bu zaman avtomobilin sol tərəfindən dayanan qadın əlindəki dondurmanı pəncərədən onun sifət nahiyəsinə tərəf tullayaraq gözünə dəyib. Cəfər qeyd edib ki, avtomobili saxlayıb və aşağı düşmək istəyəndə sifətinə dondurma tullayan qadın şillə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurub və ona “sən kimsən mənə söz atırsan” deyib. O, əsəbiləşdiyi üçün həmin qadının sinəsindən itələyərək yerə yıxılıb.
Məhkəmə iclasında zərərçəkmiş Günay Ramazanova ifadəsində söyləyib ki, Cəfər maşını ilə gedərkən “nazlana-nazlana yerimə” sözünü işlədib. Sürücü ona söz atdığına görə əlində olan dondurmanı onun sifət nahiyəsinə tərəf tullayıb. Bundan sonra həmin şəxs avtomobildən aşağı düşərək onun üstünə gəlib ani olaraq yumruq ilə sinə nahiyənə vurub. Bundan sonra onların arasında dava yaranıbr. Bu zaman onun anası onları ayırmaq istəyərkən Cəfər onun yaxasında yapışaraq bir neçə dəfə zərərçəkmişin sifət nahiyəsindən vurub. Bundan əlavə həmin şəxs uca səslə dəfələrlə onu küçə söyüşləri ilə təhqir edib(Pravda).
MİA.AZ
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?