Bakıda boksçuların silahlı davası: gömrük işçisi güllələndi - Yenilənib

img

12-07-2014 [15:52]


Binəqədi rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində dava edənlər peşəkar boksçşular olub.


Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. 

Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.

Qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət Gömrük Komitəsinin mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.

Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib.

Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirlər.

****

Bakıda qətl hadisəsi törədilib.

PİA.AZ Baki Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, hadisə ötən gün Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində baş verib.

Belə ki, qəsəbə sakinləri - 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), 1977-ci il təvəllüdlü qardaşı Şəhriyar isə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. F.Həsənov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA