"Nizami İcra Hakimiyyətinin rəhbər şəxsləri..." - Deputatlığa namizəd etiraz edir
17-09-2024 [14:10]
24 saylı Nizami birinci seçki dairəsində baş verən saxtakarlıqlar haqda ötən yazılarımızda dəyərli oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, 1 sentyabr 2024-cü il tarixində keçrilən parlament seçkiləri zamanı bu dairədə kütləvi qanun pozuntusu və saxtakarlıq baş vermişdir.
Belə ki, 36 məntəqənin hər birində “karusel əməliyyatı” aparılmış, Nizami Rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin nəzarəti altında xüsusi qruplar maşınlarla məntəqələrə daşınmış, bir nəfər beş-altı, bəzi hallarda isə on məntəqədə qanunsuz olaraq səs vermişdir. Bu saxtakarlıqlar birbaşa icra hakimiyyəti tərəfindən hər bir məntəqəyə təhkim olunan vəzifəli şəxslərin, “JEK” müdirlərinin, məktəb direktorlarının, eləcə də digər rəsmi qurumların rəhbərlərinin göstərişi ilə həyata keçirilmişdir. Şübhəsiz ki, bu insanlar da “daha yuxarılar”dan təlimat almışdılar. Məqsəd bu rayonda normal vəziyyətdə 50-100 səs alması belə şübhə altında olan, seçkinin ilkin nəticəsinə görə “qalib” elan edilən Könül Nurullayevanı zorla yenidən Milli Məclisə soxmaq idi.
Bu işdə təkcə rəsmi şəxslər deyil, çirkli kapital sahibləri, qanunsuz yollarla külli miqdarda sərvət toplayan “iş adamları” da aktiv rol almışdılar. Onların missiyası istər DSK rəhbərliyini, istər məntəqə sədrlərini, istər də bu saxtakarlıq prosesində iştirak edən hər bir fərdi öz səlahiyyətləri çərçivəsində pulla ələ almaq idi. Təbii ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz şəxslər də hər bir seçki prosesində olduğu kimi, bu dəfə də özlərini açıq şəkildə “satışa çıxarmışdılar”.
Məlumat üçün bildirək ki, K.Nurullayevanın seçki prosesini maliyyələşdirən şəxslərdən biri də adı mətbuatda çoxsaylı qalmaqallarda hallanan, “Xəmsə” şadlıq sarayının rəhbəri Mürvət Həsənli idi. Hansı ki, o, öz çirkli pulları ilə bizi də satın almağa cəhdlər etmiş, müxətlif şəxslər vasitəsilə səlahiyyətli nümayəndəmizlə və vəkillərimizlə görüşməyə çalışmışdır. Maraqlıdır ki, bu şəxs açıq şəkildə K.Nurullayevanın seçki xərclərinin ödənilməsi ilə bağlı ona “yuxarı”dan göstəriş verildiyini etiraf edərək, namizədliyimizi geri götürməyin qarşılığında bizimlə də “anlaşa biləcəyini” bildirmişdir...
Qeyd etdiyimiz kimi, saxtakarların hər birinin dəyərini onların sahib olduqları vəzifə müəyyən edirdi. Amma bu prosesdə heç bir vəzifəsi olmayan, rəhbərlik tərəfindən insan yerinə qoyulmayan təmizlik işçiləri də var idi ki, onlar ya işlərini itirməmək, ya da 10-20 manat qarşılığında çox böyük həyasızlıqla məntəqə-məntəqə gəzərək, qanunsuz olaraq səs verirdilər.
Şübhəsiz, bu “karusel əməliyyatı”nda məktəb rəhbərliyi qədər bəzi sıravi müəllimlərin də özünəməxsus “xidmətləri” var idi. Onlar da təmizlik işçiləri kimi, “karusel”in bir parçası olmaqla yanaşı, dərs dedikləri şagirdlərin valideynlərini müxtəlif yollarla saxtakarlıq prosesinə qoşur, onları Könül Nurullayevanın xeyrinə səs verməyə təşviq edirdilər. Eynilə, tibb işçiləri və digər dövlət qurumlarının işçiləri haqqında da bu fikri demək olar.
Ən acınacaqlısı isə odur ki, istər 24 saylı Nizami birinci seçki dairəsinin, istər də 36 məntəqənin hər birinin rəhbərliyi və komissiya üzvləri bu saxtakarlığa açıq şəkildə şərait yaradırdılar. Məsələn, məntəqələrdə müşahidəçilərimizin və vəkillərimizin seçkini müşahidə etməsinə ciddi əngəllər törətməklə yanaşı, seçki qutularına topa-topa bülletenlər atırdılar. Üstəlik, səslərin sayılması zamanı da müşahidəçilərin və vəkillərin bülletenləri yaxından görməsinə imkan yaradılmır, əvvəlcədən masa altında gizlədilmiş hazır bülletenlər toplu halda K.Nurullayevanın səslərinə əlavə edilirdi.
Əminliklə deyə bilərik ki, hər bir məntəqədə həyata keçirilən “karusel əməliyyatları”na və seçki qutusuna topa-topa bülletenlər atılmasına rəğmən, seçki gününün sonunda Könül Nurullayevanı qalib elan etmək üçün yetərli səs toplanılmamışdı. Bu baxımdan, bütün məntəqə sədrlərinə onun “xeyrinə yığılan” səslərin sayının ən azı 3-4 dəfə artırılması haqda təlimat gəlmişdi. Üstəlik, bu təlimata uyğun olaraq bizim səsimiz ən azı 3-4 dəfə azaldılmalı idi. Odur ki, bütün məntəqələrdə səslər sayılıb, yekun nəticə elan olunduqdan sonra müşahidəçilərimizə təqdim olunan protokollarda rəqəmlər ən azı 3-4 dəfə yüksək göstərilmişdi. Halbuki, bizim əlimizdə hər bir məntəqədə səs verən seçicilərin dəqiq sayını əks etdirən sənədlər var idi. Buna baxmayaraq, məntəqə sədrləri “mən işimi itirə bilmərəm” deyərək, K.Nurullayevanın səslərinin sayını süni surətdə artırmışdılar.
Yeri gəlmişkən, 4 məntəqədə təlimatı yerinə yetirə bilmədikləri üçün müşahidəçilərimizə protokol verilməkdən imtina edilmiş, 6 məntəqədə isə protokollar imzasız və möhürsüz təqdim olunmuşdu. Maraqlıdır ki, bütün bu saxtakarlıqlar da yetərli olmamış, iki gün sonra MSK-nın “qaynar xəttinə”ə etdiyimiz şikayətlər əsasında DSK-dan ala bildiyimiz protokollarda Könül Nurullayevanın xeyrinə olan səslərin sayı bir qədər də artırılmışdı.
04.09.2024-cü il tarixində prosedur qaydalarına uyğun olaraq 24 saylı Nizmi birinci seçki dairəsində keçirilən seçkinin nəticəsinin ləğv olunması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdik. Təbii ki, 36 məntəqənin hər birində tərtib olunan aktlar və saxta yollarla göstəriciləri şişirdilən protokollar da məktuba əlavə olundu. Elə həmin gün MSK-dan məlumat verildi ki, bu quruma ünvanladığımız məktub “araşdırılması”üçün DSK-ya göndərilib. Halbuki, biz MSK sədri Məzahir Pənahova müraciətimizdə məhz DSK rəhbərliyinin qanunsuz əməllərindən, məntəqə seçki komissiyalarının saxtakarlıqlarından şikayət etmişdik. Bu baxımdan da seçki saxtakarlıqlarına rəhbərlik edən qurum və ya şəxslərin öz cinayət əməllərini etiraf etməyəcəyi bizə bəlli idi.
Elə gözlədiyimiz kimi də oldu. DSK sədri Niyazi Nəcəfovun və katiblərin imzası ilə 24 saylı Nizami birinci seçki dairəsi Dairə Seçki Komissiyasının bizə təqdim etdiyi qərarında şikayətimizin “əsassız” olduğu iddia olundu. Həmçinin, DSK-nın rəhbər şəxslərindən biri səlahiyyətli nümayəndəmizlə telefon danışığında “siz MSK-ya müraciət edərək bizə qarşı müharibə açmısınız, biz də sizə müharibə elan edirik”, - deyə öz qərarlarına “haqq qazandırmağa” çalışmışdı.
Təbii ki, DSK-nın öz saxtakarlıqlarını ört-basdır edən məlum qərarı tərəfimizdən qəbul edilə bilməzdi. Bunun üçün öz şikayət hüququmuzdan istifadə edərək, MSK-ya növbəti məktub ünvanladıq. Bu dəfə məlum sənədlərə 24 sayı Nizami birinci seçki dairəsində baş verən seçki saxtakarlıqlarını əks etdirən foto və videogörüntülər də əlavə olundu. Çox qəribədir ki, müraciətimiz MSK-ya çatar-çatmaz DSK rəhbərliyi tərəfindən çoxsaylı zənglər almağa başladıq. Cəmi iki gün əvvəl öz saxta qərarları ilə “bizə müharibə açan” DSK rəhbərliyi, bu dəfə “anlaşma” təklif edirdi. Özü də bu anlaşma təkcə Niyazi Nəcəfovun adından deyil, Nizami rayon İcra Hakimiyyətinin başçıs Coşqun Cəbrayılovun adından təklif olunurdu. Yəni qarşı tərəf MSK-dan şikayətimizi geri çəkməyimizin əvəzində bizə icra başçısı tərəfindən müəyyən vəsait ödəniləcəyini vəd edirdilər.
Əlbəttə, vəsaitin həcmindən asılı olmayaraq, sözügedən təklif tərəfimizdən qəbul oluna bilməzdi. Odur ki, qarşı tərəfə onların təbirincə, “müharibənin davam etdiyi” haqda cavab verdik. Bundan sonra isə, DSK rəhbərliyindən daxil olan çoxsaylı zəngləri cavabsız buraxdıq.
Beləliklə, ötən bazar günü MSK rəhbərliyinə ünvanladığımız şikayət məktubu mənim iştirakımla araşdırıldı. Təbii ki, mövcud reallıqlar çərçivəsində sentyabrın 1-də 24 saylı Nizmi birinci seçki dairəsində keçirilən seçkinin nəticəsinin ləğv olunacağını gözləmək sadəlövhlük olardı. Amma MSK-dakı araşdırma zamanı bunun üçün əlimizdə yetərli faktlar olduğunu sübut etməyə çalışdıq. Çox təəssüflə qeyd edirik ki, bütün bunlara rəğmən, MSK cəmi beş məntəqədə (4, 6, 28, 31, 33 saylı) səsvermənin nəticələrini etibarsız hesab etdi.
Məlumat üçün deyim ki, əslində qalan məntəqələrin böyük əksəriyyətində daha ciddi saxtakarlıqlar mövcud idi və bu, müvafiq sənədlərdə də öz əksini tapır. Lakin, görünür, MSK cəmi 5 məntəqənin nəticəsini ləğv etməklə K.Nurullayevanın saxtakarlıqla deputat seçildiyini etiraf etsə də, onu himayə edən şəxslərlə üz-üzə gəlməkdən ehtiyat edib. Bu, həm də MSK-nın şikayətləri formal araşdırdığının bariz nümunəsidir, çünki əgər bu ləğvetmə seçkinin nəticəsinə təsir etmirsə, yəni saxtakarlıq ortadan qalxmırsa, 5-10 məntəqədə səsvermənin nəticəsini etibarsız hesab etməyin nə əhəmiyyəti var?
Odur ki, MSK saxtakarlıqlara göz yummaqda olsun, biz öz haqqımızı hüquq müstəvisində sonunadək müdafiə edəcəyik!
Ülviyyə ŞÜKÜROVA,
24 saylı Nizami birinci seçki dairəsindən millət vəkilliyinə namizəd
Hurriyyet.az
Anar Məmmədli azad olunacaq? - Məhkəmə təxirə salındı
"Qalatasaray"ın futbolçusu aktiv futbolla vidalaşıb
İlham Əliyev Goranboyda müəssisəsinin açılışını edib (YENİLƏNİB)
Pol Poqba Fransa klubu ilə anlaşdı
Putin İran XİN başçısı ilə görüşdə: "Sizə hücum üçün əsas yoxdur"
Prezident Yevlaxda - FOTOLAR (YENİLƏNİB)
AZAL nə qədər xərcləyir, nə qədər qazanır?- Milyonlarla dövlət vəsaiti alan şirkətin qapalı hesabatı
"Toplum TV" işi üzrə ittiham aktı elan edilib - Məhkəmə iclası
AzTV sədri "Siyasi səhv"ə görə direktoru vəzifədən uzaqlaşdırdı
Qəzza yenidən bombalanıb - Ölən və yaralananlar var
Sabah yağış yağacaq
Rusiyada 4 qadınla evlənməyə fətva verildi, bəs Azərbaycanda? - Deputat "Əxlaqsızlıqdır, vəssalam!" deyir
Yeni Dehli - Nyu-York marşrutu üzrə hərəkət edən htəyyarə Bakıya məcburi eniş edib - Səbəb
Yəhudi açarı, Amerika qapısı: İsrailin görünməyən gücü - Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? (TƏHLİL)
İSRAİL İRANIN DÖYÜŞ TƏYYARƏLƏRİNİ VURDU: 15 qırıcı məhv edilib - Tramp dini rejimin devrilmə anonsunu verdi
Dilarə Əliyeva qardaşının səhhətindən danışdı: "72 saatlıq mərhələni keçməlidir..."
"Qalatasaray" Viktor Osimhenin alternativi ilə anlaşmaq istəyir - Brazilyalı hücumçu "hə" deyəcəkmi?
Nigar Camal onu tənqid edən şəxsdən polisə şikayət etdi: "Dəfələrlə xəbərdarlıq edilsə də, postları silmir" - FOTO
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
Zeynəb Xanlarovanın oğlu haqda maraqlı məlumat yayıldı
Daha bir tiktoker ev dustaqlığına buraxıldı
Rəsmi Tel-Əviv: "ABŞ varlığımıza ən böyük təhlükəni aradan qaldırdı" - "Onlar dünyanı məhv etmək üçün silah istehsal edir, biz isə..."
Azərbaycanın hansı universitetləri reytinqlidir? - SİYAHI
Tələbə kimi İstanbula gəldi, indisə... - Diarra 5 milyona Avropa klubuna transfer oldu
“Grant Mart" MMC-nin menecerinə hökm oxunub
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
General vəzifədən çıxarıldı - Usubovun fəaliyyəti yoxlanılır
ABŞ-dan vətəndaşlarına - Xəbərdarlıq
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
Yaxın Şərq qaynayır: "canlı bomba" ibadət zamanı kilsəni partladıb, 20 nəfər ölüb - FOTOLAR
Fənərbağça" hücumçuya 55 milyon avro təklif etdi - 3 il üçün...
İsrail: "İran raketləri havada vurulub..."
Rəsmi Vaşiqtondan İrana hücumla bağlı açıq mövqe: "İsraili qorumaq üçün hücum etdik"
BMT TŞ toplandı, İran rəsmisi ABŞ-ı ittiham elədi: "Bu hücum Amerika tarixinə qara ləkə kimi düşdü"
Tehrana növbəti zərbələr vurulub - Müharibə davam edir
İsrail ordusu Livanda yaşayış evini partladıb
ABŞ daha bir ölkədəki personalını geri çağırdı - Açıqlama
Netanyahu Trampa "Ulu Öndər" dedi, İrana meydan oxudu: "Məqsədimizə çatana qədər dayanmayacağıq"
"AZƏRİQAZ"da İXTİSAR MƏZHƏKƏSİ: "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılıq və onun fəsadları” adlı tədbir keçirilib
Hər şey “plan üzrə” gedir - Şahin CƏFƏRLİ YAZIR
İran prezidenti Makronla danlşıqda ABŞ-a zərbə sözü verdi: "Bənzər vəziyyətdə olsaydınız, nə edərdiniz?"
İran Hörmüz boğazını bağlayır - Dünyada neftin qiymətinin sürətlə qalxması gözlənilir
İran və İsrail bir-birlərinə qarşılıqlı zərbələr endrib
ABŞ İranı gözəgörünməz təyyarələrlə vurdu, Tramp həm təhdid, həm də çağırış etdi - Rəsmi Tehran "nəticəsi olacaq" dedi
Nazim Sadıxov braziliyalı rəqibini nokautla məğlub edib