Gəncədə məşhur “Faya”nın qatili tutuldu

img

11-07-2014 [13:36]


Ötən gecə Gəncə şəhərində fahişəliklə məşğul olan qadını öldürən şəxs yaxalanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən F.Vəliyeva orada ölüb.

Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Kazbek Bulekbayev tutulub.

Araşdırmalar zamanı Kazbek Bulekbayevin əvvəllər də məhkum həyatı yaşadığı məlum olub.

Qeyd edək ki, qonşuların verdikləri məlumata görə, Firuzə Vəliyeva yüngül həyat tərzi keçirirmiş. Qadın hər gün içir, əylənir və evində kef məclisi qururmuş. Onu şəhərdə "Faya” ləqəbilə tanıyırmışlar. Qadın fahişəlik edirmiş. Deyilənlərə görə, "Faya” evini "əxlaqsızlıq yuvası"na çeviribmiş. Qonşular bundan şikayət etsələr də, onun qarşısını alan yoxmuş. Həmçinin bildirilir ki, "Faya” cavan xanımları toruna salıb, onları fahişəliyə məcbur edirmiş. Deyilənlərə görə, "Faya”nı elə bu səbəbdən öldürüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA