Bir ailənin 5 üzvü zəhərləndi

img

11-07-2014 [13:21]


Bərdədə bir ailənin 5 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mia.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 10-da Bərdə rayonu Əyricə kəndində Ələkbər Nəbiyevin evində qızları Sevinc, Samirə, Aytac, habelə qardaşının qızları Buluza və Əsmər qidadan zəhərləniblər.

Həkimlərin səyi nəticəsində zəhərlənənlərin həyatı üçün təhlükə aradan qaldırılıb. Həmçinin, müəyyən olunub ki, ailə üzvləri "Paytaxt” salatından zəhərləniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA