Nişanına hazırlaşan 20 yaşlı gənc bulvarda boğuldu

img

11-07-2014 [10:22]


Bu gecə dənizkənarı milli parkda 20 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.

MIA Musavat.com-a istinadən xəbər verir ki, əsgər yoldaşları ilə bulvar ərazisinə gəzintiyə gələn 20 yaşlı Masallı rayon sakini Cahangirov Xəyal Namiq oğlu dostları ilə əyləndikdən sonra təbii ehtiyacını ödəmək qərarına gəlib. Bu məqsədlə dəmir arakəsmələrdən dəniz qırağına keçən gənc daha sonra müvazinətini itirərək dənizə düşüb.

Dostları Xəyal Cahangirova köməklik etmək istəsələr də, onu sudan çıxara bilməyiblər. Daha sonra əraziyə Səbail rayon polis idarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin dövlət sularında xilasetmə xidmətinin katerləri və canlı qüvvəsi cəlb olunub.

Hadisədən xəbər tutan mərhumun valideynləri də dənizkənarı milli parka gəliblər. Qarşılaşıqları mənzərə isə onların şok keçirməsinə səbəb olub.

İlkin axtarış təbdirləri bir nəticə verməyincə, mərhumun meyitinin axtarışları havanın işıqlanmasından sonra aparılmasına qərər verildi. Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Xəyal Cahangirovun bu yaxınlarda nişan mərasimi olmalı imiş.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerinə cəlb edilmiş FHN-in dalğıc-xilasediciləri 1992-ci il təvəllüdlü Cahangirov Xəyal Namiq oğlunun cəsədini xilasetmə məntəqəsindən 200 metr aralıda, nəzarətsiz ərazidə taparaq sudan çıxarıblar. X. Cahangirov cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:09-da başa çatıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA