Zaqatalada qız nişan günü yoxa çıxdı - Müəmma

img

10-07-2014 [21:50]


Zaqatalada 20 yaşlı qız özünün nişan günü evdən gözəllik salonuna getmək adı ilə evdən çıxaraq bir daha geri dönməyib. 

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, 20 yaşlı Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb. 

Əsmər Osmanovanın valideyinlərinin bildirdiyinə görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırmışlar. Valideynləri deyir ki, Əsmər Osmanova nişanlanacağı gənci özü seçib və onu sevirmiş.

Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşmələri barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.

Zaqatala rayon Polis Şöbəsində 27 iyun tarixindən Əsmərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış qurupu yaradılıb. 

Hazırda axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA