Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 47 nəfər saxlanılıb

img

10-07-2014 [16:07]


Cari ilin iyun ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılıb. Bu barədə apa-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 24 nəfəri Azərbaycan, 11 nəfəri Özbəkistan, 3 nəfəri Rusiya, 2 nəfəri İran və hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna, Almaniya vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 28 halda 41 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Ay ərzində Astara, Lerik, Yardımlı və Zaqatala rayonlarının ərazisində 4,6 hektar sahədən ümumi çəkisi 9 ton 267,6 kiloqram narkotik tərkibli bitki, 40 halda ümumi dəyəri təqribən 163 min manat olan qaçaqmalın, o cümlədən 4 ədəd tapança, 2 ədəd 16 mm-lik tüfəng, 114 ədəd müxtəlif ölçülü patron, 1 ədəd zirehli gödəkçə, 15 ədəd elektroşok, 1 ədəd beşbarmaq, 35 ədəd qızıl-gümüş qol saatı, 34500 Avropa valyutası, 636 ədəd araq, 1780 qutu siqaret, 131900 ədəd dərman preparatı, 1 baş at, 145 ədəd pirotexniki vasitə, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA